Hicabla məktəbə gələn qızların çoxu dini qaydalara riayət etmir

 Aynur Zamanova: “Amma inadkarlıqla hicab bağlayırlar”

"Son vaxtlar baş örtüyü ilə məktəbə gələn qızların sayında ciddi artım müşahidə olunur". Bunu deyən pedaqoq Aynur Zamanovanın sözlərinə görə, onlar məktəbə sadəcə baş örtüyü ilə gəlmirlər, özləri ilə ailələrindəki dini dəyərləri də gətirirlər və öz sinif yoldaşlarına da bu dəyərləri təlqin edirlər: "Onlar başqa uşaqların beyninin yuyulması üçün təbliğat vasitələri ilə silahlanlanmış şəkildə gəlirlər. Hicab bağlamayan qızların tərbiyəli olmadıqları barədə rəy formalaşdırırlar. Nəticədə hicablı qızlar hicabsız qızlara bir təhdid vasitəsinə çevrilirlər. Hicabsızların diskriminasiyası başlayır. Bu geniş vüsət alanda, artıq cəmiyyətin fəlakətinə çevriləcək." A.Zamanovanın fikrincə, hicabla məktəbə gələn qızların çoxu dini qaydalara riayət etmir. Amma inadkarlıqla hicab bağlayırlar. Burada hansısa xüsusi siyasətin rolu var. Dövlət, təhsil institutları bu məsələni təsadüfi və ya təbii hal kimi qələmə verməklə böyük yanlışlığa yol verirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00