“Bu gün Azərbaycanda dini radikalizm mövzusu aktualdır”
“Dünyada və regionda dini radikalizm adı altında baş verən proseslərin hamısı siyasi proseslərdir”. Bunu deyən Milli Düşüncə İnstitutunun rəhbəri Taryel Faziloğlunun sözlərinə görə, bu gün Azərbaycanda dini radikalizm mövzusu aktualdır: “Azərbaycanda din heç vaxt Azərbaycan modeli səviyyəsində işlənməyib.
26 İyul 2016 14:16 Sosial"Dünyada və regionda dini radikalizm adı altında baş verən proseslərin hamısı siyasi proseslərdir". Bunu deyən Milli Düşüncə İnstitutunun rəhbəri Taryel Faziloğlunun sözlərinə görə, bu gün Azərbaycanda dini radikalizm mövzusu aktualdır: "Azərbaycanda din heç vaxt Azərbaycan modeli səviyyəsində işlənməyib. Azərbaycana din həmişə İrandan, Səudiyyə Ərəbistanından, Türkiyədən idxal olunub və bunun acı nəticələrini görməkdəyik. İstənilən halda, dövlət dindən ayrı olsa da, dinə nəzarəti əldən verməməlidir." O, qeyd edib ki, istənilən dövlətin özünün din siyasəti və din modeli olmalıdır: "İslam özlüyündə bir konstitusiyadır. Amma onun yerli şərtlərə uyğunlaşdırılmış bir modeli formalaşdırılmalıdır. Bu bizdə olmadığı üçün, biz hər zaman dini təhlükə qarşısındayıq."