Təhsildə yenilik mümkün olacaqmı?
Ali məktəblərə qəbul imtahanları zamanı abituriyentlərin topladığı ballar və ortada olan nəticə bu günlərdə müzakirə predmetlərindən birinə çerilib. Bir qayda olaraq qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra orta ümumtəhsil müəssisələrindəki tədrisin keyfiyyətinə qiymət verilir, az və ya çox göstərici ortaya qoyan məktəblər barədə müəyyən fikirlər səslənir.
26 İyul 2016 14:14 SosialRövşən Ağayev: "Müəllimlərin əməyi nəticəyə əsaslanan sistem əsasında qiymətləndirilsə, yanaşma daha ədalətli ola bilər"
Ali məktəblərə qəbul imtahanları zamanı abituriyentlərin topladığı ballar və ortada olan nəticə bu günlərdə müzakirə predmetlərindən birinə çerilib. Bir qayda olaraq qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra orta ümumtəhsil müəssisələrindəki tədrisin keyfiyyətinə qiymət verilir, az və ya çox göstərici ortaya qoyan məktəblər barədə müəyyən fikirlər səslənir. Bu dəfə də eyni proses yaşandı. Sosial şəbəkələrdə belə bir məlumat yayıldı ki, Sumqayıtda bir məktəbin yüksək bal toplayan məzunlarının sayı Bakının Binəqədi rayonu üzrə ümumi göstəricidən yüksəkdir. Bu cür nəticənin ortada olması haqlı olaraq belə bir fikir formalaşdırıb ki, Binəqədi rayonunda təhsilin keyfiyyəti kifayət qədər aşağı səviyyədədir. Mövcud durum həm də onu deməyə əsas verir ki, orta məktəblərdə dərs deyən müəllimlərin də bilik səviyyəsi olduqca aşağıdır. Baxmayaraq ki, Təhsil Nazirliyi müntzəm olaraq müəllimlərin biliyinin qiymətləndirilməsi istiqamətində addımlar atır, kurslar təşkil edir. Ancaq reallıq ortadadır. Elə bu səbəbdən haqlı olaraq belə bir yanaşma meydana çıxıb ki, müəllimlərin istər biliyinin, istərsə də əməyinin qiymətləndirilməsi məhz qəbul imtahanlarının nəticələrinə əsasən müəyyənləşdirilsin.
İqtisadçı Rövşən Ağayev deyir ki, yeni sistemə görə, müəllimlərin məvacibləri yalnız bilik qiymətləndirilməsinə əsaslanır. Onun sözlərinə görə, müəllimlər tələb olunan minimum test suallarına cavab verməlidirlər: "Qaydalara görə, ixtisas üzrə 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilir. Hər bir bölmə üzrə sualların minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Yəni birinci bölmə üzrə ən azı 4, ikinci bölmə üzrə 2 suala (cəmi 6) suala cavab verən müəllimin qiymətləndirmədən uğurla keçmiş sayılır. Biliyi qiymətləndirilmiş müəllimlər stajından asılı olaraq 350-450 manat (vergi ilə birlikdə) maaş ala bilir". Rövşən Ağayev bildirib ki, müəllimərin əməyi paralel olaraq nəticəyə əsaslanan (result based) sistem əsasında qiymətləndirilsə, yanaşma daha ədalətli ola bilər: "Anlayıram ki, bu təklif indiki idarəetmə mühitində çox fantastik və qeyri-real görünə bilər. Çinki ilk növbədə məktəb islahatı, orta məktəblərə inzibati və maliyyə muxtariyyəti verilməsi, məktəbin seçkili sistem əsasında idarə edilməsini tələb edir. Amma bu təklif həm mümkün olan ən ədalətli sistemdi, həm də məktəbin büroratik və ideoloji müdaxilə olmadan bilavasitə müəllimlərin və valideynlərin iştirakçılığı ilə idarə olunmasını tələb edir. Təklifin mahiyyəti belədir. Amma bu təklif seçmə yolla şagird seçən liseylərə və xüsusi məktəblərə deyil, adi məktəbərə aiddir. Birincisi, məzunlarının ən azı 40 faizi ali məktəblərə qəbul olunan məktəblərə illik maaş fondunun müəyyən faizi müqabilində mükafat fondu ayrılır. Faiz səviyyəsindn asılı olaraq mükafat fondunun da məbləği dəyişilir. İkincisi, bütün abituryentlərinin (cari ildə orta məktəbi bitirmiş) hamısının birgə topladığı bal əsasında məktəbin orta balı hesablanır. Orta balı 400-dən yüksək olan məktəblərin illik maaş fondunun müəyyən faizi müqabilində mükafat fondu ayrılır. Amma bu meyar o zaman tətbiq edilir ki, məktəbin məzunlarının ən azı 30 faizi tələbə adı qazanmış olsun. Üçüncüsü, 11-ci sinif məzunlarının ən azı 40 faizi və şagirdlərinin orta balı 400-ü ötən fənn müəllimlərinə fərdi qaydada aylıq maaşlarının 2 misli məbləğində mükafat təyin edilir". İqtisadçı deyir ki, bu yanaşma hazırkı qiymətləndirmənin ləğvini tələb etmir: "Sadəcə indiki qiymətləndirmədə tələbləri sərtləşdirmək lazımdır - müəllimlər ən azı sualların 40 faiznə düzgün cavab verməlidir. Bu qiymətləndirmə əsasında baza maaşı müəyən edilir. Təklif etdiyim result based qiymətləndirmə sistemi isə əməyin nəticəsinə görə həm kollektiv şəkildə məktəbin , həm də fərdi qaydada müəllimlərin əməyinin nəticələrini ölçməyə, onlara ləyaqətli əmək haqqı verməyə təminat yaradır. Bəlkə də daha təkmil təkliflər və mexanizmlər üzərində düşünmək olar. Amma müzakirələr başlamaq üçün bunları nəzərdən keçirmək olar".
Süleyman