Tələbələrin Şamaxıya ekskursiyası təşkil edilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təhsilində fərqlənmiş bir qrup tələbələrin Şamaxı rayonuna ekskursiyası təşkil edilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təhsilində fərqlənmiş bir qrup tələbələrin Şamaxı rayonuna ekskursiyası təşkil edilib. Baş İdarədən "OLAYLAR"-a bildirilib ki, ekskursiyada Şamaxı rayonu ilə tanışlıq, intellektual oyunlar, nahar və şam yeməkləri təşkil olunub. Ekskursiyada 30-dan çox gənc iştirak edib. Baş İdarədən bildirilib ki, ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərə dövlət qayğısının artırılmasından ibarət idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00