Səhiyyə Nazirliyi ASAN vasitəsilə təbliğata başlayır

Səhiyyə Nazirliyi “məişət zorakılığına son”, tütünün zərəri, qan donorluğu, sağlamlığın qorunması və digər bu kimi sahələrdə təbliğata başlayıb. Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan sosial çarxlar “ASAN Xidmət” mərkəzlərində nümayiş etdiriləcək.

Səhiyyə Nazirliyi "məişət zorakılığına son", tütünün zərəri, qan donorluğu, sağlamlığın qorunması və digər bu kimi sahələrdə təbliğata başlayıb. Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan sosial çarxlar "ASAN Xidmət" mərkəzlərində nümayiş etdiriləcək.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, "ASAN Xidmət" mərkəzlərində sağlam qidalanma, uşaqların icbari dispanserizasiyası, fiziki aktivlik və sağlam həyat tərzi ilə bağlı hazırlanmış video materiallar da göstəriləcək.

Qeyd edək ki, maarifləndirmə tədbirləri "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı"nda nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00