Ölkə daxilində qrup halında səyahət etmək istəyənlərin sayı artıb

Azərbaycanda ölkə daxilində qrup halında səyahət etmək istəyənlərin sayı artıb.

Azərbaycanda ölkə daxilində qrup halında səyahət etmək istəyənlərin sayı artıb.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, Azərbaycanda turoperator və səyahət agentlikləri tərəfindən ötən il qrup halında səfərlər üçün 3 739 turizm yollayışı satılıb. Bu rəqəm 2012 (7 134) və 2013-cü illə (5 980) müqayisədə nisbətən az olsa da, 2014-cü ilə (3066) nisbətən çoxdur.

2014-cü ildə ölkə daxilində qrup halında səyahət etmək üçün Azərbaycan vətəndaşlarına 894, 2015-ci ildə 1847 turizm yollayışı satılıb.

Ölkədən kənarda səyahət etmək üçün də Azərbaycan vətəndaşlarına satılan turizm yollayışlarının sayı azalıb. 2014-cü ildə bu məqsədlə 1968, 2015-ci ildə 1 738 turizm yollayışı satılıb.

Azərbaycanda elektron vizanın verilməsi müddəti daha da azaldılıb: vizalar 3 günə veriləcək

Eyni hal Azərbaycan ərazisində səyahət etmək istəyən xarici ölkə vətəndaşları ilə də bağlı olub.

Azərbaycan ərazisində səyahət etmək istəyən xarici ölkə vətəndaşlarına turizm yollayışlarının ən çox satıldığı il 2012-ci il olub.

Həmin il xarici ölkə vətəndaşlarına 3 306, 2013-cü ildə 1 956, 2014-cü ildə 204, 2015-ci ildə isə 154 turizm yollayışı satılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00