Azərbaycan hər zaman müstəqil siyasət yeridib

“Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan ərazisində Türkiyə hərbi hissələri üçün yer ayrılması doğru qərardır”.

"Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan ərazisində Türkiyə hərbi hissələri üçün yer ayrılması doğru qərardır". Bu fikirləri "OLAYLAR"-a politoloq Cəbrayıl Fərzəliyev səsləndirib. Onun sözlərinə görə, Rusiya Ermənistana hərbi dəstəyini artırmaqda davam etsə, Türkiyənin də Azərbaycanda hərbi bazası mövzusu aktuallaşa bilər: "Bunu bir nov Rusiyaya cavab kimi də qiymətləndirmək olar. Son hadisə göstərdi ki, Türkiyə ordusu ümumilikdə qanunlara tabedir və bu ordu xarici tərəfdaşlarıyla strateji müttəfiqliyə də sadiqdir. Bunu Azərbaycan və Türkiyə ordularının iki ildən çoxdur intensiv keçirdiyi hərbi təlimlər də göstərir". Politoloq deyib ki, Azərbaycan bu gün hərbi sahədə bir sıra dövlətlərlə əməkdaşlıq edir: "Bunun əsas istiqaməti də NATO standartlarına uyğun hərbi strategiyamızın qurulması və inkisafidir. Burada həm hərbi təlimlərdən, həm də digər formada əməkdaşlıqdan söhbət gedir. Türkiyə ordusu ilə bizim əsas əlaqələrimiz də məhz Hərbi Hava Qüvvələri ilə bağlıdır. Dəfələrlə birgə təlimlər keçirilib. Bu il istər Naxçıvan istiqamətində, istərsə də Türkiyədə belə təlimlər olub. Düşünürəm ki, daimi dislokasiya üçün istər hava limanına, istərsə də idarəetmə üçün müəyyən qurumlara və onların da yerləşməsinə ehtiyac var. Hesab edirəm ki, bu cur qərarın verilməsi gözlənilən idi. Azərbaycan her zaman müstəqil siyasət yeridib və bu qərar da müstəqil siyasətin bir parçasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00