TQDK apelyasiya şikayətlərinə baxacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) İyulun 23-də II və III ixtisas qrupları üzrə bu ilin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıb.
25 İyul 2016 12:54 SosialTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) İyulun 23-də II və III ixtisas qrupları üzrə bu ilin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıb. Bu barədə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasıdan (TQDK) məlumat verilib. Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Abituriyentlər Apelyasiya Komissiyasına 25 iyul 2016-cı il tarixində saat 10 dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.