“Ağ ölümdən gənclərimizi qoruyaq”

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclərin narkomaniyaya qarşı mübarizədə “Ağ ölümdən gənclərimizi qoruyaq” şüarı altında birləşməsi” adlı layihənin icrasını Şirvan şəhərində başa çatdırıb.

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Gənclərin narkomaniyaya qarşı mübarizədə "Ağ ölümdən gənclərimizi qoruyaq" şüarı altında birləşməsi" adlı layihənin icrasını Şirvan şəhərində başa çatdırıb. "OLAYLAR"-ın xəbərinə görə, TUMİB layihə çərçivəsində indiyə kimi Bakı şəhərinin Suraxanı rayonu, Qazax, Tovuz, Biləsuvar və Ağcabədi şəhərlərində narkomaniya əlehinə maarifləndirmə işləri apararaq, yüzlərlə gənclərlə görüşüb. Layihə çərçivəsində sonuncu tədbir isə Şirvan şəhərində baş tutub. Şirvan şəhərində keçirilən tədbir "Ağ ölümdən gənclərimizi qoruyaq!" adlı videoçarxın nümayişi ilə başlayıb. Şirvan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nəsirov Rafael bildirib ki, Azərbaycan cəmiyyəti milli-mənəvi dəyərlərə nə qədər bağlı olsa da, bu bəla bizim ölkəmizdən də yan keçməyib. R.Nəsirov vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə göstərdiyi səyləri müsbət qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın faydalı olacağını deyib. "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov əvvəlcə layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihənin məqsədi maarifləndirmə işi aparmaqla yeniyetmə və gənclər arasında narkomaniya əlehinə maarifləndirmə tədbirlərinin ölkə miqyasında keçirilməsi, yeniyetmə və gənclərdə narkomaniyaya nifrət hissinin oyadılması məqsədlərinin reallaşdırılması nəzərdə tutulur.

Tədbirdə TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, birliyin idman mərkəzinin rəhbəri, karate üzrə dünya çempionu Dəyanət Mikayılov, həkim Könül Şəmiyeva və başqaları çıxış edərək narkotik maddələrin insan orqanizmi üçün zərərlərindən danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00