Gələn ilin dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə göndərilib

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin ilkin layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə və Hesablama Palatasına göndərilib.

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin ilkin layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə və Hesablama Palatasına göndərilib. "Olaylar" xəbər verir ki, bu bnarədə məlumatı maliyyə naziri Samir Şərifov verib. 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin layihəsində prioritet xərclərin əsas istiqamətlərindən danışan nazir bu sırada sosial siyasətin davam etdirilməsi, əhalinin yaşayış səviyyəsinin, qaçqın və məcburi köçkünlərin və bu qəbildən olan həssas qrupun sosial rifahının yaxşılaşdırılması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi, ölkə daxilində və xaricində icrasına başlanılmış və prioritet hesab edilən investisiya layihələrinin icrasından söz açıb. Nazir regionların sosial-iqtisadi inkişafının, qeyri-neft sektorunun stimullaşdırılması, aqrar sektora dövlət qayğısının artırılması, dövlət tərəfindən kiçik və orta sahibkarlığın dəstəklənməsi, sənaye və kənd təsərrüftaının aparıcı sahələrinin inkişaf etdirilməsi və bu sahələrə birbaşa məqsədli subsidiyaların verilməsi, yeni istehsal və xidmət sahələrinin genişləndirilməsi, habelə ölkə ərazisində və xaricdə keçirilməsi nəzərdə tutulan beynəlxalq əhəmiyyətli tədbirlərin, dövlətin borc və öhdəlikləri və dövlət proqramlarının həyata keçirilməsi üçün maliyyə təminatlarının yaradılmasını önə çəkmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00