Dövlət büdcəsində yaranan kəsir xəzinə qalığı hesabına örtülüb
Cari ilin 6 ayında dövlət büdcəsinin gəlirləri üzrə 6133,8 milyon manat daxilolma qeydə alınmış, xərclər 6821,5 milyon manat təşkil etmişdir.
22 İyul 2016 15:50 SosialCari ilin 6 ayında dövlət büdcəsinin gəlirləri üzrə 6133,8 milyon manat daxilolma qeydə alınmış, xərclər 6821,5 milyon manat təşkil etmişdir. Yaranmış 687,7 milyon manat kəsir əsasən xəzinə qalığı hesabına örtülmüşdür. "Olaylar" xəbər verir ki, bu barədə məlumatı maliyyə naziri Samir Şərifov verib. Dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlərin 2016-cü ilin ilk yarısında da davam etdirildiyini vurğulayan nazir qeyd etmişdir ki, yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əmək haqqı, müavinət, pensiya və digər sosial xərclər, həmçinin dövlət borcu üzrə öhdəliklər və digər xərclər tam və vaxtında maliyyələşdirilmişdir. Nazir qeyd etmişdir ki, cari ilin ikinci yarsında da sosial müavinətlər, maaş, pensiya, təqaüd, və digər bütün sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcəkdir.