Banklar birləşdirilməlidir

Tanınmış iqtisadçı Qubad İbadoğlu ölkədə 4 bankın bağlanmasına dair fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb. İqtisadçı qeyd edib ki, bu qərarın çoxlu səbəbləri sadalansa da başlıca səbəbi pis idarə olunan bir sıra bankların maliyyə mötəbərliliyini və adekvatlığını itirməsi səbəbindən defolt vəziyyətinə düşməsidir: “ Bankları bundan sonra daha ciddi sınaqar gözləyir.

Tanınmış iqtisadçı Qubad İbadoğlu ölkədə 4 bankın bağlanmasına dair fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb. İqtisadçı qeyd edib ki, bu qərarın çoxlu səbəbləri sadalansa da başlıca səbəbi pis idarə olunan bir sıra bankların maliyyə mötəbərliliyini və adekvatlığını itirməsi səbəbindən defolt vəziyyətinə düşməsidir: " Bankları bundan sonra daha ciddi sınaqar gözləyir. Onların hazırkı ağır vəziyyətdən çıxması bütövlükdə milli iqtisadiyyatın, xüsusilə də biznesin və ev təsərrüfatlarının durumundan asılıdır ki, bu da yaxın dövrlər üçün həlli mümkün olan məsələlərdən sayıla bilməz. Çünki, islahatların ləngiməsinə görə, milli iqtisadiyyatda geriləmələr genişlənməklə yanaşı həm də sürətlənir. Hesab edirəm ki, bankların bağlanması hazırda mümkün olan pis variantlardan ən yaxşısı hesab oluna bilər. Onun ümumi sistemə neqativ təsirlərinin neytrallaşdırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmanətlərin Sığortalanması Fondu, ləğvetmə komissiyası əhali və xüsusiilə də müştərilər arasında izahat işi aparmalıdır. Bu isə operativ açıqlamlar, qaynar xətlərin yaradlmasını tələb edir. Əks təqdirdə banklarla müştərilər arasında yaranacaq problemi tənzimləmək çox çətin olacaq. Fikrimcə, bankların kapitalının təmərküzləşməsi və onların konsolidaliyası davam etməlidir. Bu isə hələ bir neçə bankların birləşməsi və bağlanmasını zəruri edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00