Sona Vəliyeva Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə laureat oldu
İyulun 21-də Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının mükafat komissiyasının iclası keçirilib. Şuranın İdarə Heyətinin üzvlərindən ibarət komissiya mükafatın 2016-cı il üçün laureatlarının müəyyənləşdirilməsi məsələsini nəzərdən keçirib.
22 İyul 2016 15:13 SosialMətbuat Şurasının Ali Media Mükafatının laureatlarının adları məlum olub
İyulun 21-də Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının mükafat komissiyasının iclası keçirilib. Şuranın İdarə Heyətinin üzvlərindən ibarət komissiya mükafatın 2016-cı il üçün laureatlarının müəyyənləşdirilməsi məsələsini nəzərdən keçirib.
Hər il 22 iyul Milli Mətbuat Günündə təqdim olunan mükafatın 3 dərəcəsi var. İclasda birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə 5 laureat müəyyənləşdirilib.
Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə laureatların hər birinə 1000, 2-ci dərəcəsi üzrə 2000 manat pul təqdim edilir. 1-ci dərəcə üzrə laureat isə 5000 manat pulla mükafatlandırılır.
Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə - Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif ediedilirlər: Seyfəddin Hüseynli, "525-ci qəzet"in baş redaktor müavini; Azər Ayxan, "Yeni Müsavat" qəzetinin baş redaktor müavini; Aida Eyvazova, jurnalist-publisist; Rəfiqə Sadıqova, "Gəncənin səsi" qəzetinin baş redaktoru; Rəşid Hüseynov, jurnalist-publisist.
Ali Media Mükafatının 2-ci dərəcəsi üzrə laureatlar:
Umud Rəhimoğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri - Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə görə təltif edilir; Müsəllim Həsənov, Bakı Media Mərkəzinin redaktoru - Media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilir.
Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə laureat - qalib:
Sona Vəliyeva, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru - Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən "İşığa gedən yol" romanına görə təltif edilir.