QHT-lərdən narkomaniyanın təbliğinə etiraz

“Müasir cəmiyyətimizdə narkomaniyanın bəşəriyyət üçün necə böyük bəla olduğu bəllidir.

Xanoğlan Əhmədov: " Narkomaniyanın cəmiyyətdə bu və ya digər yollarla təbliğinə etiraz etməliyik"
 

"Müasir cəmiyyətimizdə narkomaniyanın bəşəriyyət üçün necə böyük bəla olduğu bəllidir. Çox acınacaqlıdır ki, bu bəlaya düçar olanların statistikasında gənclər birinci yerdədirlər". Bunu deyən Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədovun sözlərinə görə, gənclərin narkomaniyaya olan bu "həvəsi" müxtəlif amillərlə bağlıdır: "Gənclər arasında narkomaniyanın yayılmasında sosial şəbəkələrin də "günahı" az deyil. Belə ki, gənclər dərindən düşünmədən Youtube-də narkomaniyanı təbliğ edən rep və meyxanalara qulaq asdıqca zərərli vərdişlərə meyil salırlar. Bəziləri hətta narkotika nə olduğunu bilmədən həmin rep və meyxanalardan həvəslənərək narkotika aludəçisinə çevrilirlər. Bayağı reklam naminə cəmiyyət üçün nə qədər ziyanlı və təhlükəli bir işə qol qoyduqlarının fərqində olmayanlar nəticədə sağlam gənclərin mənəviyyatını korlayır, onları narkotika aludəçisi olmağa sövq edir. Bunun qarşısı əlbbəttə ki, nə yolla olursa olsun mütləq alınmalıdır. Eyni zamanda, gənclərin- narkotika aludəçilərinin öz sağlamlığına necə ziyan vurmalarından bəlkə də xəbərləri yoxdur. Bu bilgisizlik nəticəsində qəbul edilən narkotik maddələr orqanizmin zəifləməsinə, bədəndə müxtəlif fiziki qüsurların yaranmasına gətirib çıxarır. Ona görə də, bu "ağ ölümə" qarşı hamılıqla mübarizə aparmalıyıq, zərərli vərdişlərin cəmiyyətdə bu və ya digər yollarla təbliğinə etiraz etməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00