TUMİB mətbuat gününü qeyd edib
Azərbaycan Milli Mətbuatının yaranmasının 141-ci ildönümü ilə bağlı Türkiyə Universitetləri Məzunları İctimai Birliyi tədbir keçirilib.
22 İyul 2016 14:52 SosialAzərbaycan Milli Mətbuatının yaranmasının 141-ci ildönümü ilə bağlı Türkiyə Universitetləri Məzunları İctimai Birliyi tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, "Türkel Lahmacun"un dəstəyi ilə keçirilən tədbirdə TUMİB rəhbərliyi və bir qrup mətbuat nümayəndəsi iştirak edib. İctimai Birliyin sədri Çingiz Bayramov mətbuatın cəmiyyətdəki rolundan danışıb. Cəmiyyətin doğru, obyektiv məlumatlandırılmasında mətbuatın önəmli rol oynadığını diqqətə çatdıran TUMİB sədri dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan da söz açıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycan mətbuatı inkişaf edir.