Ana südü uşaqları daha ağıllı edir?
Ana südü ilə qidalanan uşaqlarla bağlı maraqlı araşdırma aparılıb.
22 İyul 2016 19:14 SosialAna südü ilə qidalanan uşaqlarla bağlı maraqlı araşdırma aparılıb. "Milliyet" qəzetinin xəbərinə görə, bu məqsədlə 1300 qadın və uşağın illər boyu davranış və inkişaf sxemi araşdırılıb. Uşaqlar 3 yaşına çatanda onlara dil testi keçirilib. Araşdırmaçılar müəyyənləşdirib ki, körpə ikən 6 ay boyunca əmizdirilən uşaqlar heç əmizdirilməyənlərdən 3 bal daha yüksək nəticə göstərib. 7 yaşına çatanda uşaqlar İQ testindən də keçiriliblər. 1 il boyunca əmizdirilən uşaqlar əmizdirilməyənlərlə müqayisədə 4 bal daha yüksək göstərici əldə edib. Araşdırmaçılar bildirib ki, əgər körpələrdən biri digərindən 1 ay daha artıq ana südü ilə qidalanıbsa, bu, onun zəka göstəricilərinə 1/3 bal təsir edir.