Diqqətli olun! Bu sizin övladınızı məhv edə bilər!

Psixoloq Hüseyn Xəlilovun sözlərinə görə, istər narkomaniya ilə, istərsə də ölümlə bağlı musiqilərə davamlı olaraq qulaq asanda, insanda bədbinliyi artırır, mücadiləni azaldır və fikri sadəcə mahnıdakı sözlərə yönəldir: “Narkomaniyayla bağlı bu tip mahnılar narkomaniyanın təbliğinə çevrilir, şüuraltı olaraq insan sözaltı mənalara varmır və fikirləşir ki, bu, normal haldır.

Psixoloq Hüseyn Xəlilovun sözlərinə görə, istər narkomaniya ilə, istərsə də ölümlə bağlı musiqilərə davamlı olaraq qulaq asanda, insanda bədbinliyi artırır, mücadiləni azaldır və fikri sadəcə mahnıdakı sözlərə yönəldir: "Narkomaniyayla bağlı bu tip mahnılar narkomaniyanın təbliğinə çevrilir, şüuraltı olaraq insan sözaltı mənalara varmır və fikirləşir ki, bu, normal haldır. Yeniyetmələrin mənəvi boşluqlardan irəli gələn bəzi vərdişləri ola bilər ki, onlar bu dövrdə belə mahnılara, replərə, meyxanlara qulaq asaraq o boşluqları doldurmağa çalışırlar". Psixoloq hesab edir ki, bunlar cəmiyyət üçün çox təhlükəlidir və cəmiyyətin gələcəyi naminə belə mahnılar qadağan edilməlidir. Çünki gənc nəsil, yeniyetmələr bu gün mənəvi cəhətdən acdırlar və onlar belə mahnıları görür, öyrənir, sonra da bunun təsiri altına düşürlər. Psixoloq qeyd edir ki, gənclər davamlı olaraq belə mahnılara qulaq asarsa, bu, onlarda bir şövq, həvəs yaradacaq və sonra şərait yetişəndə, həmin gənc də gedib o işi görə bilər.
Hüquqşünas Mİrzə Manafovun sözlərinə görə, son vaxtlar sosial şəbəkələrdə narkomaniyanı və norkomanları təblğ edən materiallar yer alır, o cümlədən meyxana və rep sahəsində hazırda gənclərimiz üçün dəhşətli bəla olan narkomaniya aşıq -aşkar təbliğ olunur. Belə mahnılar mənəvi dəyərləri korlayır və gənclər arasında pis vərdişləri təbliğ edir: "Nəzərə almaq lazımdır ki, narkotika satmaqla, yaxud yaymaqla narkotikanı təbliğ eləmək arasında heç bir fərq yoxdur. Belə fəaliyyətin hər biri sonda gənclərin məhv olmasına, cəmiyyətin korlanmasına gətirib çıxarır. Çox təəssüf ki, belə neqativ hallara qarşı nə kütləvi informasiya nə də hüquq mühafizə orqanları diqqət yetirmir, heç bir reaksiya vermirlər. Faktdır ki, müasir gənclik bu tip mahnılara daha çox qulaq asır. Bu baxımdan, internetdəki bayağı mahnıların qarşısını almaq mümkün olmasa da, hər bir valideyn öz evində övladları ilə müəyyən tərbiyəvi işlər aparmalıdır və onlara milli musiqini, milli dəyərləri aşılamalıdır. Bundan ötrü valideynlərin də üzərinə böyük məsuliyyət düşür". Belə mahnıları təbliğ edən müğənnilər məsuliyyətə cəlb edilə bilərlərmi sualını cavablandıran hüquqşünas qeyd edib ki, mahnının mətnində hansısa cinayətin təbliğ olunmasına yönələn fikirlər varsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər: "Əvvəllər biz deyirdik, senzuralara ehtiyac yoxdu, lakin elə sahələr var ki, burada müəyyən qədər senzura olmalıdır və ya bu işlə məşğul olan xüsusi komissiya yaradılmalıdır. Çünki hər yerindən duran müğənni olur və belə müğənnilər öz əxlaqlarına uyğun mahnılar hazırlayırlar".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00