SOS! Narkomaniyanı təbliğ edən “mahnılar” internetdə sərbəst yayılır
Azərbaycanda informasiya kommunikasiya texnologoyaları hələ yetərincə inkişaf etmədiyi dövrdə narkomaniyanı, əxlaqsızlığı, ümumiyyətlə mənəvi dəyərlərə zərər vura biləcək mahnıların yayım dairəsi çox dar idi. Hazırda da qanunvericilik narkomaniyanı təbliğ edən "ifaçılara" yenə də televiziya və radio efirinə çıxmağa imkan vermir, amma onların oxuduqları mahnılar yayım dairəsinə görə televiziyadan, radiodan geri qalmayan internetdə sərbəst yayılmaqdadır.
22 İyul 2016 13:41 SosialAzərbaycanda informasiya kommunikasiya texnologoyaları hələ yetərincə inkişaf etmədiyi dövrdə narkomaniyanı, əxlaqsızlığı, ümumiyyətlə mənəvi dəyərlərə zərər vura biləcək mahnıların yayım dairəsi çox dar idi. Hazırda da qanunvericilik narkomaniyanı təbliğ edən "ifaçılara" yenə də televiziya və radio efirinə çıxmağa imkan vermir, amma onların oxuduqları mahnılar yayım dairəsinə görə televiziyadan, radiodan geri qalmayan internetdə sərbəst yayılmaqdadır. Məsələn, Nicat Keşlə və Ramil Faxralı kimi şəxslərin narkomaniyanı təbliğ edən ifaları internetdə rahat şəkildə yayılmaqdadır. Heç şübhəsiz ki, belə vəziyyət gənclərin markomaniyaya meylini artırır, azyaşlıların isə ondan asılılığına şərait yaradır. Rəsmi statistikaya görə, Azərbaycanda on minlərlə narkotik alidəçisi var. Narkomaniya isə gənclərin həyatını məhv etməkdə, ailələri dağıtmaqdadır. Real vəziyyət isə ondan ibarətdir ki, narkomaniya əleyhinə təbliğat gözə dəymədiyi, telekanallarda bununla bağlı sosial çarxların olmadığı halda ara müğənniləri internet vasitəsilə narkotika çəkənləri müsbət obrazda təqdim edən mahnıları ilə beyinləri zəhərləməkdədirlər. Onu da nəzərdən qaçırmaq olmaz ki, narkomaniyanı təbliğ edən rep, meyxana və kliplərə baxanların sayı kifayət qədərdir. Əldə etdiyimiz məlumata görə, bu tipli musiqilərə qulaq asanların sayı 150-200 mini keçir. Bu isə o deməkdir ki, elə bu qədər də gənc narkomaniyaya meyillidir. Belə halların qarşısı alınmaq əvəzinə narkomaniyanı açıq təbliğ edən "mahnılar" internetdə maneə olmadan yayılır.
Sosioloq Qalib Məmmədov deyir ki, narkotik maddə istifadəçilərini "lotu qaqaşlar" kimi təqdim edən bu mahnılar bir çox gənclərə cəlbedici gəlir. Bu mahnılar bəlkə də Azərbaycanda maşınlarda ən çox qulaq asılan mahnılardandır. Adları mətbuata çıxmasa da, özləri şou-proqramlarda görünməsələr də, onlar populyarlıqda məhşur müğənnilərdən geri qalmlırlar. Onun sözlərinə görə, Azərbaycanda narkomaniyaya qarşı mübarizə aparan dövlət və özəl qurumlar var: "Onların fəaliyyəti yalnız narkotik və psixotrop maddələrdən istifadəyə qarşı deyil, həmçinin "ağ ölümü" təbliğ edən vasitə və üsullara qarşı mübarizə aparmaqdan ibarət olmalıdır. Təəssüf ki, bizdə istər özəl, istərsə də dövlət qurumları yalnız toplantı keçirmək, iştirakçılara buklet paylamaqla işlərini bitmiş hesab edirlər. Əslində isə mediada olduğu kimi internetdə də narkomaniyanı təbliğ edən şəxslərə qarşı ciddi tədbir görülməlidir".