Gəncədə yataq otağından 1,5 metrlik ilan çıxdı

Gəncənin Məhsəti qəsəbəsində fərdi yaşayış evindən ilan çıxıb.

Gəncənin Məhsəti qəsəbəsində fərdi yaşayış evindən ilan çıxıb.

Evin sakini Arifə İsmayılova  bildirib ki, dünən yataq otağına daxil olarkən orada 1,5 metr uzunluğunda ilan görüb: "Yataq otağında həşəratlardan qorunmaq üçün döşəməyə xüsusi yapışdırıcı vasitə tökülmüşdü. İlan həmin yapışdırıcıya yapışıb. Ancaq buna baxmayaraq, o ölməmişdi. Bundan sonra ilanı öldürdük".

Qeyd edək ki, Gəncədə yaşayış evlərindən ilanın çıxması çox nadir hadisədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00