Azərbaycanda Vikipediyanın vəziyyəti hansı səviyyədədir?
Vikipediyanın Azərbaycan dili bölməsinin bu günə qədər olan vəziyyəti ilə bağlı bir sıra təkliflərim var. “OLAYLAR”-ın xəbərinə görə, bu sözləri Vikipediya üzrə ekspert Nihat Vəlizadə Azərbaycanda Vikipediyanın vəziyyəti ilə bağlı səsləndirərkən deyib.
22 İyul 2016 12:43 SosialVikipediyanın Azərbaycan dili bölməsinin bu günə qədər olan vəziyyəti ilə bağlı bir sıra təkliflərim var. "OLAYLAR"-ın xəbərinə görə, bu sözləri Vikipediya üzrə ekspert Nihat Vəlizadə Azərbaycanda Vikipediyanın vəziyyəti ilə bağlı səsləndirərkən deyib. "Əvvəlcədən qeyd edim ki, burada edilən təkliflər mənim şəxsi düşüncələrimdir və mümkündür ki, digər istifadəçi-idarəçilər bununla razılaşmaya bilərlər. Hazırda Azvikidə 106.740 məqalə var. Bu rəqəm 10 milyona yaxın (sadəcə Azərbaycanda) danışanı olan bir dil üçün normal göstəricidir. Sadəcə əsas problemlərdən biri məqalələrin sistematik şəkildə çoxaldılmamasıdır. Məsələn yanvar ayında 600, fevral ayında isə 400 məqalə yaradıla bilər. Pərakəndə fəaliyyət ortaq bir göstərici əmsalının formalaşmasına imkan vermir. Redaktə sayımız 3.836.779 ədəddir ki, bu da orta hesabla hər bir məqalə başına 13.80 redaktənin düşdüyünü göstərir. Redaktə sayının artırılması hər bir vikipediyada olduğu kimi Azviki üçün də 10 ildən çoxdur ki, prolitet məsələ kimi saxlanılır. 536 fəal istifadəçi, 13 idarəçimiz var. Fəal istifadəçi sayının 1000+ olması bizim üçün əla bir göstərici olardı". Nihat Vəlizadə deyib ki, kənardan baxanda vəziyyət "heç də pis" kimi görünməsə də, bəzi həlli vacib məsələlər hələ də qalır: "1) Aktiv və real töhvə verən istifadəçilərin sayını artırmaq. 2) İstifadəçilərin və zərərli İP-lərin lazımsız redaktələrinin qarşısını almaq üçün güclü patrul nəzarəti təşkil etmək. 3) İstifadəçi və idarəçilər arasında koordinasiyanın saxlanılması üçün görüşlərin təşkili. 4) Həftənin seçilmiş, yaxşı, bundan əlavə bilirsinizmi və xəbərlər bölməsinin üzərində gündəlik nəzarətin təşkili 5) Az redaktə olunan və ya ümumiyyətlə redaktə olunmayan məqalələrin təftiş edilməsi. 6) Ensiklopedik meyyarlara cavab verməyən şəxslər, yerlər və hadisələr barədə yaradılmış məqalələrin təyin olunması və silinməsi. 7) Vandal redaktələrinin qarşısının alınması və zamanında aşkar edilməsi üçün İP izlənilməsinin icrası. Hesab edirəm ki, yuxarıda göstərilən 7 məsələ öz həllini tapsa bizim vikipediya tam problemsiz bir məkan olar".