“Sad” surəsi kimin haqqında nazil olub?
Deyerler.org bildirir ki, İmam Baqir (ə) buyurur: "Əbu Cəhl və Qureyşdən olan bir dəstə camaat Peyğəmbərin (s) əmisi Əbu Talibin yanına gəlirlər və deyirlər: "Qardaşınız oğlu bizə əziyyət verir və bizim tanrılarımızı narahat edir. Onu çağır və ona əmr et ki, bizim tanrılarımızdan əl çəksin". Əbu Talib bir nəfəri Peyğəmbərin (s) dalınca göndərir.
21 İyul 2016 18:53 SosialDeyerler.org bildirir ki, İmam Baqir (ə) buyurur: "Əbu Cəhl və Qureyşdən olan bir dəstə camaat Peyğəmbərin (s) əmisi Əbu Talibin yanına gəlirlər və deyirlər: "Qardaşınız oğlu bizə əziyyət verir və bizim tanrılarımızı narahat edir. Onu çağır və ona əmr et ki, bizim tanrılarımızdan əl çəksin". Əbu Talib bir nəfəri Peyğəmbərin (s) dalınca göndərir. O zaman ki, Peyğəmbər (s) evə daxil olur və ətrafa baxır, Əbu Talibin yanında müşriklərdən başqasını görmür. Buyurur: "Salam o kəslərə ki, hidayət ardıncadırlar". Sonra da əyləşir. Əbu Talib onların sözlərini Həzrətə (s) deyir. Peyğəmbər (s) cavabında buyurur: "Onlar bir cümlə ilə mənimlə razılaşmağa hazırdırlarmı ki, onun sayəsində bütün ərəbləri qabaqlasınlar və hökumət etsinlər".
Əbu Cəhl vəcdə gəlib deyir: "Bəli, razıyıq. Məqsədin hansı cümlədir?".
Həzrət Peyğəmbər (s) buyurur: "Deyin ki, Allahdan başqa məbud yoxdur".
Onlar bu cümləni eşidən zaman o qədər dəhşətə gəldilər ki, əllərini qulaqlarına qoyub evdən xaric oldular. Dedilər: "Belə bir şeyi indiyə qədər eşitməmişdik, bu, bir yalandır".
Elə bu zaman "Sad" surəsi nazil olur".