Rusiya XİN: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə konstruktiv töhfə verə bilər
"Türkiyə rəsmi nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsinin müsbət həlli üzrə əlavə təklifi varsa, bu, heç bir problem yarada bilməz".
21 İyul 2016 17:53 Sosial"Türkiyə rəsmi nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsinin müsbət həlli üzrə əlavə təklifi varsa, bu, heç bir problem yarada bilməz".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə konstruktiv töhfə verə bilər.
"Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə indi həyata keçirilən səylər, o cümlədən Rusiya Federasiyasının səyləri, intensiv şəkildə aparılan proses dinamikasını itirməyəcək. Bunun həqiqətən irəliləyişə səbəb olacağına ümidvarıq", - deyə, M.Zaxarova bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00