Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib
İyulun 21-də Masallı rayonunun Qızılağac kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
21 İyul 2016 15:45 Sosialİyulun 21-də Masallı rayonunun Qızılağac kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Şirkətin vitse-prezidentləri Mikayıl İsmayılov, Xalik Məmmədov, "Azəriqaz" İB-nin təmsilçiləri, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. SOCAR prezidentinə məlumat verilmişdir ki, 1153 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 55563 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1153 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qeyd olunub ki, hazırda Masallı rayonunun daha 13 kəndinin (Öncəqala, Hüseynhacılı, Məmmədoba, II-ci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Xıl, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndləri) qazlaşdırılması məqsədi ilə tikinti quraşdırma işləri aparılır. Tikintisi başa çatacaq yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.