İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin növbəti tədbiri Xaçmazda keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi “Bələdiyyə-QHT əməkdaşlığı vasitəsilə ictimai problemlərin həllinə yönəlik tədbirlərin təşkili” layihəsinin icrası çərçivəsində növbəti tədbirini Xaçmaz şəhərində keçirilib.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi "Bələdiyyə-QHT əməkdaşlığı vasitəsilə ictimai problemlərin həllinə yönəlik tədbirlərin təşkili" layihəsinin icrası çərçivəsində növbəti tədbirini Xaçmaz şəhərində keçirilib.

İctimai müzakirədə bələdiyyə-QHT əməkdaşlığının praktik partnyorluğuna nail olmaq, eləcə də bunun nəticəsində əhalini narahat edən ictimai problemlərin həlli üçün birgə əməkdaşlığın gücləndiriməsi məsələləri müzakirə edilib.

Xaçmaz şəhər Turizm və İnformasiya Resurs Mərkəzində keçirilən təbdirdə rayon bələdiyyələrinin rəhbərləri, üzvlər, bələdiyyələrin məhəllə komitələrinin təmsilçiləri iştirak ediblər.

Təşkilatın sədri və layihənin rəhbəri Rəfail Becanov tədbiri açaraq, layihə və bu layihədən gözləntilər haqqında geniş çıxış edib. O, bildirib ki, korrupsiya və rüşvətlə mübarizədə vətəndaş fəallığının artırılması, yerli əhalinin, xüsusən gənclərin dini radikalizmə yuvarlanmasının qarşısının alınması üçün bələdiyyələrin fəaliyyətini gücləndirməsinə çox böyük ehtiyac duyulur: "Bildiyimiz kimi Xaçmazdan müxtəlif dini radikal cərəyanlara qoşulanlarla bağlı tez-tez informasiyalar yayılır. Bu da bütünlükdə cəmiyyəti narahat edən rpoblemlərdən biridir. Biz QHT olaraq, bu sahədə bələdiyyələrlə əməkdaşlıq etməyə, eləcə də bələdiyyələrin özlərinin bu problemə biganə qalmamasını, daha çox maarifləndirmə işinin təşkilini istəyirik. Maarifləndirmə ilə bu kimi mənfi tendensiyaların yaranmasının qarşısını almaq olar".

Layihənin ekspert, hüquqşunas Mehman Muradlı korrupsiya və rüşvətlə mübarizədə bələdiyyələrin fəaliyyəti və dini radikalizmin ictimai təhlükəziliyə təsiri mövzusunda məruzə edib. O, son zamanlar gənclərin  ənənəvi olmayan radikal dini təşkilatlara yönəlməsi haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb: "Gənclər qeyri-ənənəvi cərəyanlara meyillənirsə, bu cəmiyyət üçün təhlükədir.  Bunun qarşısının alınması üçün hər bir Azərbaycan vətəndaşının, ictimai təşkilatların, bələdiyyələrin aktiv fəaliyyət göstərməsi günümüzün ən aktual məsələlərindən biridir"

Tədbirdə  çıxış edən layihənin digər eksperti Vilayət Muxtar indiki cəmiyyətdə daha bir problemin - ictimai davranış qaydalarının aktual olduğunu bildirib. Ekspert çıxışı zamanı qeyd edib ki, müasir dövr, qloballaşma, inteqrasiya ictimai davranış qaydalarında inkişafla yanaşı problemlər də yaradır: "İnternet resurslarının inkişafı da bu problemlərin yaşanmasında müəyyən rol oynayır. Mənəvi dəyərlərimiz aşılanır. Əslində müasir texnologiyalar, inteqrasiya, cəmiyyətlərin rabitəsi mənəvi dəyərələrin qorunmasında, müsbət dəyişikliklərin əldə olunmasında daha yaxşı vasitə olmalıdır. Amma təəssüf ki, elmsizlik, düzgün yanaşmanın olmaması ictimai davranışda, mənəvi keyfiyyətlərdə, adət-ənənlərdə deqradasiya yaradır və nəticədə biz korrupsiya və rüşvətlə, gənclərin dini radikalizmə yuvarlanmaması ilə mübarizədə aciz qalırıq".

Daha sonra ictimai müzakirədə tədbir iştirakçıları çıxış edərək öz fikirlərini, problemin səbəbləri və bunun aradan qaldırılması yolları haqqında öz fikirlərini bildiriblər.

İctimai müzakirədə Xaçmaz İcra Hakimiyətinin İctimai-siyasi və  hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Pərviz Əmiraslanov  iştirak edib.

012-596-19-22

070-280-36-82

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00