Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi aparılır
Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlər davam etdirilir.
21 İyul 2016 13:55 SosialQusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Azəravtoyol" ASC tərəfindən müvafiq işlər davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində yol yatağının eni 11 metrə çatdırılıb. Bura 7 metr enində yolun hərəkət hissəsi, 0.5 metr enində bərkidici zolaqlar və 1.5 metr enində çiyinlər daxildir. Hazırda torpaq işləri yekunlaşdırılaraq yolun asfaltlanması həyata keçirilir. Ümumilikdə 200 min m2 sahəyə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Yolun yenidən qurulması layihəsi çərçivəsində suların ötürülməsi üçün nəzərdə tutulmuş mövcud su boruları və su keçidləri bərpa olunub, zəruri olan yerlərdə yeni boruların salınması işləri aparılıb. İmamqulukənd və Köhnə Xudat kəndləri ərazisində 1 km uzunluğunda beton küvetlər və500 m uzunluğunda beton arxlar tikilib, sözügedən kəndlərin giriş hissəsində sürüşmələrin qarşısını almaq məqsədi ilə 200 metrdən çox istinad divarları inşa edilib.