Millət vəkili: “Türkiyə ordusu ötən əsrin 90-cı illərindəki kimi seyirçi qalmayacaq”
“Rusiyanın yüksək rütbəli hərbiçiləri Ermənistanla birgə qoşun birləşməsi yaratmaq yönündə son addımların atılması üçün orada olarkən Prezident İlham Əliyev “Qızıl Şərq” hərbi şəhərciyindəki bir sıra tikililərin və Zeynalabdin Taığyev qəsəbəsindəki hərbi terminallardan birinin Türkiyə Ordusunun istifadəsinə verilməsi haqda sərəncam imzaladı.
21 İyul 2016 11:39 Sosial"Rusiyanın yüksək rütbəli hərbiçiləri Ermənistanla birgə qoşun birləşməsi yaratmaq yönündə son addımların atılması üçün orada olarkən Prezident İlham Əliyev "Qızıl Şərq" hərbi şəhərciyindəki bir sıra tikililərin və Zeynalabdin Taığyev qəsəbəsindəki hərbi terminallardan birinin Türkiyə Ordusunun istifadəsinə verilməsi haqda sərəncam imzaladı. Bunun nə demək olduğu yəqin ki, aydındır". Bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, atılan addımlardan belə anlaşılır ki, bununla Parisdə aparılamsı planlaşdırılan Dağlıq Qarabağ danışıqları öncəsi haylar və havadarlarının diqqətlərinə Azərbaycanın hansı yolla olursa-olsun öz torpaqlarını geri almağa qalxacağı bir daha çatdırılır: "Və o da çatdırılır ki, kimsə haylara hərbi dəstək vermək istəsə, onda Türkiyə ordusu ötən əsrin 90-cı illərindəki kimi seyirçi qalmayacaq".