Dənizdə boğulanın meyiti tapılıb
İyulun 20-də dənizdə batmış gəncin meyiti tapılıb.
21 İyul 2016 11:31 Sosialİyulun 20-də dənizdə batmış gəncin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, iyulun 20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı və 50 metr dənizin içərisində, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Bu gün 1989-cü il təvəllüdlü Şahverdiyev Cavid Nəbi oğlunun cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:16-da başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00