Livanlı gimnastın məşqçisi: Bakıda turnir liderləri ilə bərabər mübarizə aparacağıq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda turnir liderləri ilə bərabər mübarizə aparacağıq.

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda turnir liderləri ilə bərabər mübarizə aparacağıq.

Bunu Trend-ə livanlı gimnast Alisa Sadeqin məşqçisi Yelena Borisova deyib.

Belə turnirlərdə ilk dəfə iştirak etdiklərini deyən məşqçi qeyd edib ki, A.Sadeqin böyük yarış təcrübəsi yoxdur: "Bu, bizim üçün ilk ciddi turnirdir. Bizim böyük iddialarımız var. Böyüklər arasında proqram üzrə öz yolumuza hələ yeni başlayırıq. Buna görə də tam gücümüzlə mübarizə aparacağıq".

Y.Borisova əlavə edib ki, yarış iştirakçıları idmançılar üçün əla şərait yaradıblar: "İnsanların münasibəti çox xoşumuza gəldi. Şərait çox gözəldir. Buna görə də ən yaxşı təəssüratlarımız var".

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 20 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.

Yarışların ilk iki günü 31 gimnast və 12 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.

Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi qala-konsert (24 iyul) gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00