Goranboyda qəfil başlayan yanğın kafeni külə çevirdi
Goranboyda kafedə yanğın olub.
20 İyul 2016 18:16 SosialGoranboyda kafedə yanğın olub.
Kəpəz TV (Region TV) xəbər verir ki, Bakı-Qazax magistralının Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində yol kənarında fəaliyyət göstərən kafelərdən birində anidən yanğın baş verib.
Hadisə yerinə Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə briqadası cəlb olunub. Alovu ram etmək mümkün olmadığından əraziyə Kəlbəcər və Gəncə yanğınsöndürənləri də çağırılıb.
Bütün səylərə baxmayaraq, sahəsi 600 kv.m olan kafe tamamilə yanaraq külə dönüb. Alov ətraf tikililərə də yayılıb. Yaxınlıqdakı çörəkbişirmə sexinə ziyan dəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00