Agentlik rəhbəri qəza zamanı yaralanan sərnişinlərlə görüşüb

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli iyulun 20-də 3 saylı Şəhər Klinik Xəstəxanasında olub.

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli iyulun 20-də 3 saylı Şəhər Klinik Xəstəxanasında olub. "OLAYLAR"-ın Agentliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, baş direktor xəstəxanada 17.06.2016-cı il tarixdə Bakı şəhəri Suraxanı rayonu Heydər Əliyev prospektində 171 saylı marşrut xətti üzrə xidmət göstərən "Daewoo" markalı avtobus və "Shacman" markalı yük avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanları ziyarət edib.

Qeyd edək ki, hadisə zamanı 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hazırda xəstəxanada müalicəsi davam etdirilən xəstələrin vəziyyəti stabildir. Bakı Nəqliyyat Agentliyi məsələni sonacan diqqətdə saxlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00