Ekoloji monitorinqlər başa çatıb
SOCAR-ın dənizdəki müəssisələrinin Xəzərin ekosisteminə təsir parametrlərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və neft-qaz yataqları ərazisində ətraf mühitin ekoloji göstəricilərinin təyin olunması məqsədilə yaz-yay mövsümü üzrə keçirilmiş ekoloji monitorinqlər başa çatdırılıb.
20 İyul 2016 17:17 SosialSOCAR-ın dənizdəki müəssisələrinin Xəzərin ekosisteminə təsir parametrlərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və neft-qaz yataqları ərazisində ətraf mühitin ekoloji göstəricilərinin təyin olunması məqsədilə yaz-yay mövsümü üzrə keçirilmiş ekoloji monitorinqlər başa çatdırılıb. "OLAYLAR"-ın xəbərinə görə, Monitorinq tədqiqatları "Ətraf Mühitin Mühafizəsi haqqında" Qanunun, beynəlxalq konvensiyaların, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ətraf mühitin və təbii ehtiyyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə"nin və SOCAR-ın Ekoloji Siyasət sənədinin tələblərinə uyğun olaraq neft-qaz yataqlarının yerləşdiyi ərazilər üzrə əvvəlcədən tərtib olunmuş monitorinq planına əsasən yerinə yetirilib. Monitorinqlər zamanı layihə üzrə seçilmiş hər bir stansiyada okeanoloji parametrlər ölçülmüş, su, dib çöküntüləri, fitoplankton və zooplankton nümunələri götürülüb və fiksasiya edilib.