Birinci yarımillikdə istehsal olunan məmulatların 80 faizini müdafiə və xüsusi, 20 faizini isə mülki təyinatlı məmulatlar təşkil edib

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2016-cı ilin birinci yarımilinin yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirilib.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2016-cı ilin birinci yarımilinin yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadəın verdiyi xəbərə görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib. Kollegiyanın sədri Yavər Camalov Respublika Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda iqtisadiyyatın inkişafının və ictimai-siyasi sabitliyin qorunmasının təmin edildiyini qeyd edib. Bildirib ki, son illər dünyanın inkişaf etmiş dövlətləri iqtisadi böhrandan əziyyət çəksələr də Azərbaycanda bu təsir ölkə başçısı İlham Əliyevin uzaqgörənliyi ilə görülmüş uzunmüddətli və qabaqlayıcı tədbirlər nəticəsində minimum həddə çatdırılıb.

Yavər Camalov aprel döyüşlərində Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan bir sıra müdafiə təyinatlı məmulatdan geniş istifadə olunduğunu, düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının məhv edilməsində bu məhsulların mühüm rol oynadığını vurğulayıb. Kollegiyada bildirildi ki, Müdafiə Sənayesi Nazirliyi cari ilin 6 ayını uğurlu nəticələrlə başa vurub. Birinci yarımillikdə istehsal olunan məmulatların 80 faizini müdafiə və xüsusi, 20 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir. Mülki təyinatlı məhsulların istehsalı üzrə proqnoza 110 faiz əməl edilib. 2016-cı ilin istehsal proqramına uyğun olaraq hesabat dövründə nazirliyin müəssisələrində yaradılma üzrə 115 mövzunu və 198 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00