Körpələrinizə süni qidalar verməyin
Körpə üçün ana südündən başqa xeyirli ikinci bir qida yoxdur.
20 İyul 2016 19:42 SosialKörpə üçün ana südündən başqa xeyirli ikinci bir qida yoxdur.
Amma bəzi analar müxtəlif səbəblərdən öz körpələrini süni qida ilə yedirirlər.
Ümumiyyətlə, körpələrə 3 cür qida təyin edilir:
* təbii
* süni
* qarışıq.
Təbii qidalanma dedikdə ana südü ilə qidalanma nəzərdə tutulur. Bu cür qidalanma daha keyfiyyətli hesab edilir. Çünki ana südünün tərkibində körpənin normal və sağlam böyüməsi üçün lazım olan yağ, zülal, vitamin, duzlar var. Pediatrlar körpələrin sağlam böyüməsi və uşaq ölümünün azalması üçün ana südünün əvəzsiz bir nemət olduğunu vurğulayırlar. Statistik hesablamalara görə, süni qidalarla böyüyən uşaqlar arasında uşaq ölümünün daha çox olduğu sübuta yetirilmişdir. Dünya pediatrları süni qida maddələrinin uşaqlar üçün təhlükəli olduğunu qeyd edir. Onlar ana südü ilə böyüyən uşaqların xəstəliklərə qarşı daha davamlı olduğunu hər dəfə vurğulayır və belə körpələrin gələcək həyatlarında da sağlam həyat tərzi yaşadıqlarını bildirirlər.
Süni qida ana südünü əvəz edə bilməməsilə yanaşı, tərkibindəki zərərli maddələrin olması ilə körpələrin həyatını riskə atır. Braziliyada aparılan araşdırmalar süni qidalarla qidalanan uşaqlar arasında ishal xəstəliyinin ana südü ilə qidalanan uşaqların sayından 17 dəfə, sətəlcəmin isə 6-8 dəfə artıq baş verdiyini sübut etmişdir.
Mütəxəssislər ana südü ilə böyüyən uşaqların böyüyəndə cəmiyyət üçün daha xeyirli bir insan olduqlarını da sübuta yetirməyə çalışmışlar. (immunitet.az)