İsti havada işləməyə məcbur edilənlər MÜTLƏQ OXUSUNLAR

Son günlər ərzində işçilərdən isti havada hüquqlarının pozulması ilə bağlı hər hansı şikayət daxil olmayıb.

Son günlər ərzində işçilərdən isti havada hüquqlarının pozulması ilə bağlı hər hansı şikayət daxil olmayıb.

Bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

E.Babayev qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti isti havalarla bağlı işəgötürənlərə müraciət edərək bildirib ki, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

O bildirib ki, əgər işçilərin bununla bağlı hüquqları pozularsa, nazirliyin "142 qaynar xətti"nə müraciət edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00