Azərbaycanın turizm potensialı Çin bazarında təbliğ olunur
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “CNN” telekanalı ilə əməkdaşlığı çərçivəsində Çinin “CTV Golden Bridge” media agentliyi tərəfindən Azərbaycanın turizm potensialının Çində elektron təbliği aparılmaqdadır.
20 İyul 2016 14:34 SosialAzərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "CNN" telekanalı ilə əməkdaşlığı çərçivəsində Çinin "CTV Golden Bridge" media agentliyi tərəfindən Azərbaycanın turizm potensialının Çində elektron təbliği aparılmaqdadır. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Çinin səyahət məlumatları üzrə aparıcı www.lotour.com portalında 6 ay müddətində ölkəmizin müxtəlif üsullarla təbliği həyata keçiriləcəkdir. 2005-ci ildən etibarən fəaliyyət göstərən və 30 milyon istifadəçisi olan www.lotour.com informasiya portalı 60 000 səyahət məkanını təbliğ edir. Layihə çərçivəsində təbliğat işlərinin bir neçə mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bunların sırasında elektron banner kampaniyasının aparılması, ölkəmizə həsr olunan xüsusi səhifənin yaradılması (http://aze.lotour.com), mütəmadi olaraq məqalələrin yerləşdirilməsi və sosial mediada təbliğat işlərinin aparılması daxildir.