Ölkəmiz Brüsseldə beynəlxalq musiqi festivalında təmsil olunur

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Belçikanın paytaxtı Brüsseldə keçirilən “Musica Mundi” beynəlxalq kamera musiqisi festivalına qatılıblar.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Belçikanın paytaxtı Brüsseldə keçirilən "Musica Mundi" beynəlxalq kamera musiqisi festivalına qatılıblar. "OLAYLAR"-ın Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən verdiyi xəbərə görə, iyulun 31-dək davam edəcək festivalda dünyanın müxtəlif ölkələrindən 10-18 yaşlı istedadlar öz bacarıqlarını nümayiş etdirirlər. Festival qala-konsert və dünya musiqi elitasının tanınmış nümayəndələrindən sayılan Maksim Venqerov, İrvi Qitlis, Menaxem Pressler, Nikolas Angelix, Mikloş Perenyi və Aleksandr Qavrilyuk tərəfindən imzalanmış təhsil sertifikatlarının təqdimatı ilə yekunlaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00