“Qafqaz” Universitetinin bağlanılması barədə qərar qəbul olunub

“Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

"Qafqaz" Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Təhsil Nazirliyi bununla bağlı bildirir ki, müvafiq rəsmi sənədlər Nazirliyə daxil olandan sonra "Qafqaz" Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00