15192 nəfər yol qəzasına düşmüş xəstəyə təcili yardım göstərilib
2007-2016-cı ilin müvafiq dövrünə qədər 15192 nəfər yol qəzasına düşmüş xəstələrə təcili yardım göstərilib. Bunu Respublika Təcili Yardım Stansiyasının direktoru Mirələm Cavadov deyib.
20 İyul 2016 12:47 Sosial2007-2016-cı ilin müvafiq dövrünə qədər 15192 nəfər yol qəzasına düşmüş xəstələrə təcili yardım göstərilib. Bunu Respublika Təcili Yardım Stansiyasının direktoru Mirələm Cavadov deyib.
O qeyd edib ki, bundan əlavə 13428 nəfər konsultativ xəstələrə tibbi yardım göstərilib: "Təkcə 2016-cı il daxil olmuş çağırışların sayı ümumilikdə 659 olub. Bunlardan yol nəqliyyatı hadisələri 624, terapevtik və digər travmalar sayı 35, baxılmış xəstələrin sayı 712, hospitalizə edilənlərin sayı 12, hadisə yerində ölüm 70, yerində tibbi yardım alanların sayı 37 olub. 113 xidmətinə daxil olmuş konsultativ cağrıların sayı 2016-cı il ərzində 1025, 113 və konsultativ çaqrışların sayı 1684, baxılmış konsultativ xəstələrin sayı 1684, baxılmış 113 və konsultativ xəstələrin sayı 2396 olub".
Baş həkim bildirib ki, hazırda Respublika üzrə 12 regional məntəqə var: "Məntəqələrin hər birində yüksək səviyyəli həkimlər və orta tibb işçiləri fəaliyyət göstərir. Həkimlər mütəmadi olaraq təkmilləşmə kurslarına göndərilir və keçirilən sertifikasiya imtahanlarında yüksək nəticələr əldə edirlər. Təcili yardım məntəqələrinin maddi texniki bazası da müasir və dünya standartlarına uyğun qaydada təşkil edilmişdir. Belə ki, 113 regional məntəqələri bütün lazımi tibbi avadanliqlar , sarğı materialları və dərman preparatları ilə habelə son model Mercedes markalı reanimobillərlə təmin olunub. Bu da müraciət edənlərə vaxtında və lazımi qaydada tibbi yardım göstərməyə imkan yaradır. 33,1 faiz bu hadusələrin ölənlərin 33,3 faiz, xəsarət 32, 6 faiz artıb. Bunu nəzərə alaraq səhiyyə sahəsində yeni stukrutun yaranmasına səbəb olub.