TUMİB Ağcabədidə narkomaniya əleyhinə tədbir keçirib

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclərin narkomaniyaya qarşı mübarizədə “Ağ ölümdən gənclərimizi qoruyaq” şüarı altında birləşməsi” adlı layihənin icrasını davam etdirir.

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Gənclərin narkomaniyaya qarşı mübarizədə "Ağ ölümdən gənclərimizi qoruyaq" şüarı altında birləşməsi" adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Ağcabədi şəhərində baş tutub. Ağcabədi şəhər şəhid Camal İbrahimov adına 8 saylı tam orta ümumtəhsil məktəbdə keçirilən tədbir "Ağ ölümdən gənclərimizi qoruyaq!" adlı videoçarxın nümayişi ilə başlayıb.

Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev qonaqları salamladıqdan sonra bildirib ki, narkomaniyaya qarşı illərdi müxtəlif vasitə və metodlarla mübarizə aparılır. T.Hacıyev vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə göstərdiyi səyləri müsbət qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın faydalı olacağını deyib.

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov əvvəlcə layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihənin məqsədi maarifləndirmə işi aparmaqla yeniyetmə və gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaqdır. Ç.Bayramov deyib ki, aparılan tədqiqatlar analoji layihələrin effektlivliyinin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir.

Narkomaniyanı "əsrin bəlası" adlandıran TUMİB sədri yeniyetmə və gənclərimizi zərərli vərdişlərdən çəkinməyə çağırıb. Natiq qeyd edib ki, yeniyetmə və gənclərimizin zərli vərdişlərə aludəçiliyi ölkdəki sağlam mühiti zədələməklə yanaşı, həm də bir çox mənfi tendesyaların əsasını qoyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00