Bakıda 26 küçə və prospekt təmir edilib

Cari ilin birinci yarısı ərzində "Azəravtoyol" ASC tərəfindən Bakı şəhərində ümumi uzunluğu 31,9 kilometr, yol örtüyünün sahəsi 331,9 min m2 olan Binəqədi, Nizami, Xətai, Yasamal, Nərimanov, Nəsimi, Səbael, Suraxanı, Qaradağ və digər rayonlarda 26 adda prospekt və küçə yenidən qurulub və təmir olunub. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində 157, 2 min m2 sahədə cari təmir işləri yerinə yetirilib.

Ümumilikdə respublika üzrə isə uzunluğu 230,0 km olan avtomobil yolları, prospekt və küçələr yenidən qurulub və təmir olunub. Cari ilin 6 ayı ərzində ümumilikdə "Azəravtoyol" ASC üzrə 465,4 min ton asfalt-beton istehsal edilib, 25,6 min tonbitum və 1,9 min ton mazut istifadə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00