“Multikulturalist Azərbaycan” layihəsi həyata keçiriləcək

İRƏLİ İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Multikulturalist Azərbaycan” layihəsinə start veriləcək.

İRƏLİ İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Multikulturalist Azərbaycan" layihəsinə start veriləcək. Bu barədə məlumat "OLAYLAR"-a İctimai Birlikdən daxil olub. Bildirilib ki, İsmayıllı rayonunda həyata keçiriləcək 5 günlük "Multikulturalist Azərbaycan" layihəsinin əsas məqsədi Azərbaycanda multikultural dəyərlərin aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması ilə demokratik mühiti inkişaf etdirmək, dünya mədəniyyətinə inteqrasiyanı sürətləndirmək, inteqrasiya fonunda Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasına nail olmaqla milli- mənəvi dəyərlərimizin, tarixi nailiyyət və abidələrimizin mənfurlar tərəfindən öz adına çıxarmağın qarşısını almaqdan ibarətdir. 700 dən artıq gəncin müraciət etdiyi "Multikulturalist Azərbaycan" layihəsində 120 nəfər gənc- paytaxt gənci, Azərbaycanın müxtəlif regionlarında yaşayan gənclər və müxtəlif millətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulub. İştirakçıların komandalar halında yarışacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00