Vətəndaş cəmiyyətləri çevriliş cəhdini pisləyir

Türkiyədə baş verən dövlət çevrilişinə cəhd Azərbaycan ictimaiyyətini də narahat etməkdədir. Xüsusən, vətəndaş cəmiyyətləri qardaş ölkədə baş verənlərə təəssüflənərək Türkiyə dövləti və millətinin yanında olduqlarını bəyan edirlər. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev deyib ki, qardaş Türkiyədəki hər hansı bir qarışıqlıq, çaxnaşma və təxribat biz döyüşçülərin ürəyini ağrıdır, göynədir: “Bu çevriliş cəhdini də qətiyyətlə pisləyirik. Müharibədə iştirak etmiş bir şəxs kimi Türkiyənin yanındayıq”.

Türkiyənin çətin günündə Azərbaycan mediasının üzərinə ağır yük düşür
 

Türkiyədə baş verən dövlət çevrilişinə cəhd Azərbaycan ictimaiyyətini də narahat etməkdədir. Xüsusən, vətəndaş cəmiyyətləri qardaş ölkədə baş verənlərə təəssüflənərək Türkiyə dövləti və millətinin yanında olduqlarını bəyan edirlər. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev deyib ki, qardaş Türkiyədəki hər hansı bir qarışıqlıq, çaxnaşma və təxribat biz döyüşçülərin ürəyini ağrıdır, göynədir: "Bu çevriliş cəhdini də qətiyyətlə pisləyirik. Müharibədə iştirak etmiş bir şəxs kimi Türkiyənin yanındayıq". O bildirib ki, əsl əsgərin, hərbçinin vəzifəsi xarici işğalçılara qarşı silah qaldırmaqdır: "Demək istəyirəm ki, əsl hərbçinin, əsgərin əsas vəzifə borcu xarici işğalçı düşmənlərə qarşı dövlətçiliyi, milli maraqları qorumaq və lazım olsa bu müqəddəs amallar uğrunda şəhid olmaqdır. İndi Türkiyədə hansı siyasi oyunlar gedirsə, bəlkə də biz bunun tam pərdə arxasını bilmirik. Amma yenə də Allah Türkiyəni qorusun". O, Türkiyənin problemləri bizim dərdimizdir: "Türkiyə nə qədər güclü olsa, Azərbaycan da o qədər güclü olar. Biz iki qardaş və dost ölkələrik.Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, biz bir millət iki dövlətik". Füzuli Rzaquliyev bildirib ki, Türkiyədə hərbi qiyam zamanı şəhid olanlara görə çox üzülürlər: "Biz keçmiş döyüşçülər olaraq bu silahlı qiyamı, təxribatı qəti şəkildə pisləyirik. Türkiyədəki şəhid qardaşlarımıza görə qəlbimiz çox göynəyir. Çünki türk əsgəri ən azı PKK, İŞİD-ə qarşı döyüşlərdə şəhid olmalı idilər. O, şəhidlər qədim türk torpaqlarında canlarını tapşırsa idilər daha yaxı olardı. Allah Türkiyədəki şəhidlərin hər birinə rəhmət eləsin. Bu da balaca iş deyil, böyük şəhidlik zirvəsidir. Çünki həmin 15 iyul gecəsində Türkiyədə şəhid olmasa idi bəlkə də bu gün Türkiyə başqa cür olardı. Ona görə də mən bir o şəhidlərə görə çox üzülürəm və eyni zamanda qürur duyuram". "Beynəlxalq İnfiormasiya və Regional Araşdırmalar" İctimai Birliyi də mətbuata müraciət edib. Müraciətdə son günlər Türkiyədə baş verən hadisələrin mətbuatda da narahatlıq yaratdığı bildirilib: "Son günlər Türkiyədə baş verən hadisələr hər birimizi narahat edir. Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi "bir millət, iki dövlət" olub, eyni soy və kökdən gələn Türkiyə və Azərbaycan dövlətləri arasında tarixən mövcud isti münasibətlər ölkə başçılarımızın səyləri nəticəsində son illərdə daha da intensivləşib. Belə ki, artıq xaricdə keçirilən beynəlxalq tədbirlərdə dövlət başçılarımız, nümayəndə heyətlərimiz birgə hərəkət edir, bir dövlət başçısının olmadığı toplantıda digər ölkənin dövlət başçısı "Qardaşım yoxdursa, belə, mən burdayam"- deyə hərəkət edərək, onun maraqlarını qoruyur. Ölkələrimizin dost və qardaş olduğunu hər addımda dilə gətirirlər. Bu günlərdə baş verən hadisələrdə, bir qrup xaricdən dəstək alan, Türkiyə dövlətinin maraqlarını heçə sayan, dövlət içində dövlət qurmağa cəhd göstərən, qardaş ölkənin qanunlarını pozan hərbçi əvvəlcədən əlbir olaraq siyasi sistemi dəyişdirməyə cəhd göstərdilər. Lakin, Türk xalqının inam, iradə və dəyanəti nəticəsində üsyançılar heç nəyə nail ola bilmədilər. Ümid edirik ki, tezliklə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyəti sayəsində ölkə təkrar öz əvvəlki sabitliyinə qovuşacaq, yenə də eyni yüksələn dinamika ilə regionda kilid dövlət olmaq missiyasını özündə saxlayacaqdır". Müraciətdə bilririlir ki, Türkiyənin çətin sınaqdan keçdiyi bu günlərdə biz Azərbaycan mediasının üstünə də ağır bir yük düşür: "Ölkəmizin geosiyasi maraqlarını nəzərə alaraq biz qələm sahibləri hazırkı Türkiyənin daha güclü, daha dinamik, daha sabit olmasını istəməli və bu yöndə öz fəaliyyətimizi qurmalıyıq. Türkiyədə baş verən hadisələrlə bağlı materiallar hazırlayarkən diqqətli olmalı, qardaş ölkənin ərazi bütövlüyünü, müstəqilliyini təhdid edən zərərli qüvvələri təqdim edərkən bəzi nüansları nəzərə almalı və ona görə davranmalıyıq. Son günlərdə özəlliklə internet mediasında dərc olunan bəzi informasiyalarda Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe sərgilənməkdə, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparılmaqda, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən quruplara dəstək verilməkdədir. Media orqanlarında çalışan həmkarlarımızdan bu məsələyə həssas yanaşmalarını xahiş edir və tezliklə qardaş ölkədə sülhün, əminamanlığın bərqərar olunmasını arzulayırıq".

 Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00