Konstitusiya dəyişiklikləri dövlətçilik ənənələrinin möhkəmlənməsinə xidmət edəcək
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsini rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında imzaladığı sərəncam müzakirə mövzusuna çevrilib.
19 İyul 2016 15:11 Sosialİnsan hüquq və azadlığının daha təkmil qorunmasını təmin edəcək
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsini rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında imzaladığı sərəncam müzakirə mövzusuna çevrilib. Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi və s. nəzərdə tutulur. Maraqlıdır, konstitutsiyaya ediləcək dəyişikliklər ölkəni ictimai-siyasi həyatında hansı səyişikliklər edə bilər? Millət vəkili Rövşən Rzayev bildiririb ki, ölkə başçısının konstitutsiyaya dəyişikliyi ilə bağlı etdiyi təkliflərin insan azadlığı və hüquqlarının daha təkmil formada qorunmasına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə xidmət edəcək: "Azərbaycan prezidenti tərəfindən irəli sürülən təkliflərin referendum vasitəsi ilə qəbul olunacaq. Yəni son sözü xalq deyəcək. Ümid edirəm ki, xalq bu dəfə də ölkə başçısı ilə həmrəyliyini nümayiş etdirəcək və iqtidar-xalq vəhdətini ortaya qoyacaq". Millət vəkili əlavə edib ki, xalq ölkə başçısının apracağı islahatları dəstəkləyəcək: "Çünki bu dəyişikliklər və əlavələr Azərbaycan xalqının və dövlətinin gələcək inkişafı baxımından önəmli olan təkliflərdir. Bu dəyişiklik və əlavələr nəticəsində həyata keçiriləcək islahatlar nəticəsində ölkədə nəinki insan azadlığı və haqlarının qorunmasını daha təkmil formada həyata keçirmək olacaq, bu , eyni zamanda dövlətçiliyin möhkəmlənməsi və ölkənin gələcək uğurlu inkişaf yolunu təmin edəcək". Bu dəyişikliklərin Azərbaycanı yenidən beynəlxalq aləmin tənqidi hədəflərinə tuş gətirə bilərmi sualına cavab olaraq millət vəkili deyib ki, əksinə, bu dəyişikliklərdə insan haqları və azadlıqlarına daha aktual və ədalətli yanaşma var. Burada təkilf olunan dəyişiklik və əlavələr insan hüquqlarının daha geniş formada istifadəsinə şərait yaradır. Vitse-prezident institutunun yaradılması ideyasında da mövqeyini açıqlayan millət vəkili bildirib ki, bu sutruktur islahatlarına və təkmilləşməsinə təkan verəcək. Millət vəkili Fəzail Ağamalı isə konstitutsiya edilən dəyişiklik və əlavələri dövlətçiliyin güclənməsinə və möhkəmlənməsinə xidmət edəcək addım kimi qiymətləndirib: "Bu ölkədə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və gücləndirilməsi ilə yanaşı demokratik dəyərlərin daha da inkişaf etdirilməsinə xidmət edəcək". Millət vəkili əlavə edib ki, Konstitutsiya Məhkəməsi ölkə başçısının bu sərəncamına müsbət rəy verəcək və referendum keçirilməsi ilə bağlı müvafiq qərarlar verəcək: "Təbii ki, son söz xalqındır. Ümid edirəm ki, xalq da bu dəyişikliklərə müsbət cavab verəcək". Milli Məclisə yaş senzinin 25 yaşdan 18 yaşa, prezidentliyə namizədlik zaman yaş senzi ilə bağlı məhdudiyyətin aradan qaldırılması məsələsinə mövqeyini açıqlayan F. Ağamalı deyib ki, burada qeyri-adi bir şey yoxdur: "Bütün bu dəyişikliklər dünya praktikasına əsaslanan təkliflərdir". Millət vəkili hesab edir ki, vitse-prezident institutunun yaradılması yenilikdir və bu struktur islahatlarına təkan verəcək: "Bu institutun yaradılması idarəçilik institutunun təkmilləşdirilməsinə və idarəetmədəki paralelliyin aradan qalxmasına xidmət edəcək". Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, müxalifətin nəzərdə tutulan dəyişikliklərə etiraz etməsi başadüşülən deyil: "Azərbaycanda üç il ardıcıl şəkildə seçki keçirilir, yəni, beş illik müddətin üç ili seçkiyə həsr olunur. Hər seçkinin təşkil edilməsinə bir il vaxt sərf olunur. Ona görə də Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması təklifi təqdirəlayiqdir". S.Novruzov qeyd edib ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncamı ölkə üçün faydalıdır: "Azərbaycanda referendum keçirilməsi barədə qərarın verilməsi Prezidentin səlahiyyətlərinə daxil olan bir məsələdir. Prezident İlham Əliyev də bu səlahiyyətindən istifadə edərək Konstitusiya Məhkəməsinə müraciət edib. Ölkə inkişaf etdikcə, təhlükəsizlik sistemi yaxşılaşdıqca, dövlət strukturlarında islahatlar həyata keçirildikcə, beynəlxalq konvensiyalara qoşulduqca münasibətlərin tənzimlənməsi üçün Konstitusiyaya müvafiq dəyişikliklərin olmasına zərurət yaranır. Bilirsiz ki, Azərbaycanda Konstitusiya 1995-ci ildə qəbul olunub. Ötən 20 ildən artıq müddətdə Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklər olub. İndi də növbəti referendumun keçirilməsi və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Hər bir dövlətdə bu cür addımlar atılır. Konstitusiyanın qəbulundan 20 ildən artıq vaxt keçib, zərurət yarandıqca mərhələli şəkildə bu addımlar atılır. Diqqət etsəz, görərsiniz ki, dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, o cümlədən informasiya təhlükəsizliyi, anonim informasiyaların aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. Bunlar demokratik normalardır". YAP funksioneri xatırladıb ki, ayrı-ayrı ölkələrdə dövlət başçılarının səlahiyyət müddətləri müxtəlif cürdür: "Ümumiyyətlə, demokratik ölkələrdə prezidentin səlahiyyət müddəti 4 ildən 7 ilə qədər olur. Məsələn, Fransada prezidentin səlahiyyət müddəti 7 ildir. Bu, refendumla tənzimlənən məsələdir. Burada xalq seçim edir, təyinat deyil ki..." S.Novruzov deyib ki, Konstitusiya Məhkəməsi təkliflərə baxacaq, rəy verdikdən sonra Referendum seçkilərinin vaxtı müəyyənləşəcək.
Alim