ADNSU-da açıq qapı günü keçirilib
İyulun 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fransız-Azərbaycan Universiteti (UFAZ) ilə bağlı açıq qapı günü keçirilib.
19 İyul 2016 15:04 Sosialİyulun 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fransız-Azərbaycan Universiteti (UFAZ) ilə bağlı açıq qapı günü keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbirdə Universitetin rektoru prof. Mustafa Babanlı, Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev, Fransa səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri İohan Şitterer və UFAZ-ın koordinatoru Şarlotta Payen iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru prof. Mustafa Babanlı bütün abituriyenləri salamlayaraq onlara gələcək həyatlarında və təhsildə uğurlar arzulayıb. Prof M. Babanlı UFAZ-ın Fransa və Azərbaycan arasında əməkdaşlıq layihəsi olduğunu diqqətə çatdirıb. Daha sonra rektor abituriyentlərin UFAZ-la bağlı suallarını cavablandırıb. Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev UFAZ-ın yaranmasının tələbələrə yeni imkanlar açacağını qeyd edib.
"Fransız-Azərbaycan Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Fransa Respublikası və Azərbaycan Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə Azərbaycan Prezidenti Fransız-Azərbaycan Universitetinin yaranması barədə sərəncam imzalayıb.