Dünya iqtisad elminin nümunəvi əsərləri UNEC-də
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müxtəlif dillərdə nəşr edilən dünya iqtisad elminin nümunəvi əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi layihəsinə start verilib.
19 İyul 2016 15:02 SosialAzərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müxtəlif dillərdə nəşr edilən dünya iqtisad elminin nümunəvi əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi layihəsinə start verilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tərcümə ediləcək ilk əsər Nobel mükafatı laureatı Fridrix Hayekin "Denationalization of Money" kitabıdır. Bununla bağlı Londonda yerləşən İqtisadi Araşdırmalar İnstitutu ilə (İnstitute of Economic Affairs) müqavilə bağlanaraq icazə alınıb. Əsər UNEC-in Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrasında tərcümə ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00