Quba-Qonaqkənd avtomobil yolu təmir olunur

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Quba-Qonaqkənd avtomobil yolu əsaslı şəkildə təmir olunur.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində "Azəravtoyol" ASC tərəfindən Quba-Qonaqkənd avtomobil yolu əsaslı şəkildə təmir olunur. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, ilkin mərhələdə yolun Quba şəhərinin mərkəzindən Amsar, I və II Nügədi kəndlərindən keçən 11,5 km-lik hissəsində təmir-tikinti işləri həyata keçirilir. İşlər "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Təmir-bərpa işləri zamanı yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış hissəyə karbonat materialı tökülərək kipləşdirilib. 13-14 metr enində yeni yol yatağı salınıb. Yol kənarlarında 3-3.5 metr enində yeni çiyinlər tikilib. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Hazırda torpaq işləri yekunlaşdırılaraq yol boyu asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə 2 qat olmaqla yolun 82 min m2 sahəsinin asfaltlanması nəzərdə tutulub. Bu işlərə paralel olaraq yolun yaşayış məntəqələrindən keçən hissələrində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün 1500 paqon-metr uzunluğunda 2-3 metr enində yeni piyada səkiləri də tikilir, kənarlarına isə səki daşları düzülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00