Qızıl alverçisi Elvin Allahverdiyevi himayə edən kimlərdir?
Son illər ölkədə müşahidə edilən mənfi tendensiyalardan biri də hüquq-mühafizə orqanlarında müşahidə edilən mənfi tendensiyadır. Düzdür, bu sahədə görülən və təqdir edilən işlər də kifayət qədərdir.
19 İyul 2016 14:17 SosialSon illər ölkədə müşahidə edilən mənfi tendensiyalardan biri də hüquq-mühafizə orqanlarında müşahidə edilən mənfi tendensiyadır. Düzdür, bu sahədə görülən və təqdir edilən işlər də kifayət qədərdir. Ancaq bəzən bu sahədə mövcud olan xırda nöqsanlar ümumilikdə hüquq-mühafizə orqanlarına, polis, prokurorluq orqanlarının səmərəli fəaliyyətinə kölgə salır. Baxmayaraq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə polis, prokurorluq orqanları, məhkəmə sisteminə ədalətli işləməyi, vətəndaşların ərizə və şikayətlərinə vaxtında, həm də obyektiv şəkildə baxılmasını tapşırıb, lakin hələ də bu istiqamətdə bəzi nöqsanlar qalmaqdadır. Mənfi hallardan biri isə ondan ibarətdir ki, bəzən prokurorluq və məhkəmə orqanlarının əməkdaşları rüşvət alaraq qeyri-obyektiv qərar qəbul edirlər. Nəticədə zərər çəkən tərəf daha yuxarı instansiyalar, eləcə də kütləvi informasiya vasitələrinə müraciət etmək məcburiyyətində qalır. Necə ki, Ucar rayonu Müsüslü kənd sakini Sənan İsmayılov kimi. Sənan İsmayılov tərəfindən redaksiyaya daxil olan şikayət məktubunda qeyd edilir ki, vəzifəli şəxslər saxta qızıl alverçisi ilə əbir olub ona külli miqdarda ziyan vurublar. Şikayət müəllifi qeyd edib ki, 11 may 2013-cü il tarixdə "Opel Omeqa" markalı 99 DN 223 dövlət nömrəli maşınımla hərəkətdə olan zaman saxta qızıl alverçisi Elvin Vahid oğlu Allahverdiyev sərxoş vəziyyətdə idarə etdiyi " Lexsus LS-460" markalı 10 TS 111 nömrə nişanlı avtomobili ilə onun avtomobilimi vuraraq yararsız hala salıb: "Saxta qızıl alverçisi rüşvət hesabına Baş Dövlət Yol Polis İdarəsinin təhqiqatçısı Naib Xanlarov rüşvət verib saxtakarlıq edib. Guya həmin vaxt sükan arxasında qızıl alverçisi Elvin Allahverdiyev yox, onun dostu İlham Qasımzadə olub. Ancaq ərazidə yaxınlıqda olan müşahidə kameralarından da aydın olur ki, qəza zamanı sükan arxasında İlham Qasımzadə deyil, elə qızıl alverçisi Elvin Allahverdiyev olub. Sadəcə olaraq işi araşdıran polis zabiti Naib Xanlarov rüşvət aldığı üçün saxtakarlıq edib". Sənan İsmayılov onu qeyd edib ki, həmin vaxt Elvin Allahverdiyevin avtomobilinin sığorta sənədləri saxta olub: "Buna görə də mənim avtomobilimə sığorta şirkəti kompensasiya ödəmədi. Ancaq bu saxtakarlığı edən Elvin Allahverdiyev barəsində buna görə heç bir tədbir görülmədi. Hansı ki, qanuna əsasən buna görə onun barəsində dərhal cinayət işi başlanılmalı idi. Ancaq rüşvət hesabına bu cinayət əməlinin üstü ört-basdır edildi". Müraciət müəllifinin sözlərinə görə, avtoqəzadan sonra saxta qızıl alverçisi Elvin Allahverdiyev onun avtomobilini təmir etdirmək üçün Sənan İsmayılovun sənədlərini alaraq avtoservizə qoyub: "Orada uzun müddət saxlanıldı və ustalara pul verilmədiyindən avtomobilim küçəyə atıldı. Oradan isə Nizami rayon ərazisində yerləşən 11 saylı dayanacağa qoyuldu. İndi avtomobilim tam yararsız vəziyyətdədir. Saxta qızıl satıb milyonçu olmuş Elvin Allahverdiyev mənə vurduğu zərəri ödəmək əvəzinə pulunu ancaq rüşvətxor polis zabiti Naib Xanlarova və Nizami rayon məhkəməsinin hakimi Ramil Həsənova xərcləyərək məsuliyyətdən yayınaraq öz işini bitmiş hesab edir: "Mən həmin "Opel Omeqa" markalı avtomobili bankdan kredit götürərəl almışam və taksi fəaliyyəti ilə məşğul olurdum. Baxmayaraq ki, ali təhsilliyəm, ehtiyatda olan zabitəm". Sənan İsmayılovun dediklərindən bəlli olur ki, Elvin Allahverdiyevin "Laçın" unvermağında 4 ədəd qızıl satışı dükanı var: "2013-cü il tarixdə Elvin Allahverdiyevə və onun dostu İlham Qasımzadəyə qarşı qaldırdığım iddiama Nizami rayon məhkəməsinin hakimi Ramil Həsənov baxırdı. O, aldığı rüşvətdən hüquqlarımı müdafiə edən Vaqif Məmmədova da pul verib iddiamın baxılmamış saxlanılmasına dair qərardad çıxarmışdı. Sonradan mənə də məlum oldu ki, hüququ savadsızlığımdan sui-istifadə edib bu vicdansızlığı ediblər. Həmin bu hakim Ramil Həsənovun Azərbaycan Beynəlxalq Unveristetini bitirməsinə dair diplomunun saxta olması təsdiq olundu. Bəli belə saxtakar hakimin gördüyü iş də saxta olmalıdır. İndi isə iddiamı yenidən qaldırmışam və hazırda Nizami rayon məhkəməsinin hakimi Habil Əhmədovun icraaatındadır. Artıq maşınıma dəymiş zərərin miqdarını təyin edən nöqsan aktını əldə edib məhkəməyə təqdim etmişəm. Cavabdeh Elvin Allahverdiyev isə mənə bildirir ki, özünü çox yorma məhkəmə ilə işimi danışmışam. Mən kreditlə maşın almışdım. Kasıb adamam, Elvin Allahverdiyev, İlham Qasımzadə kimi saxta işlərlə məşğul olmamışam ki, aparıb təhqiqatçıya, hakimə rüşvət verib dəymiş ziyanımın alınmasına nail olum. Prezident İlham Əliyevə müraciət etmək istəyirəm ki, mənə köməklik göstərsin.Mən Elvin Allahverdiyevin qızıl satışının obyektiv yoxlanılması üçün də müvafiq orqanlara şikayət ərizəsi göndərmişəm. O, qızılı vətəndaşlardan ucuz alıb təkrar emal edərək ona ucuz metallar qatır və baha qiymətə ətəndaşlara satmaqla həm dövləti, həm də vətəndaşları aldadır". Sənan İsmayılov əmin olduğunu bildirib ki, tezliklə müvafiq orqanlar məsələnin obyektiv araşdırılması və ona zərər vuran tərəfin məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atacaqlar.
Füzuli