İki həftədə iki möhtəşəm “Cek Pot” uduldu,

Ənənəvi olaraq yay mövsümündə lotereya bazarında aktivlik xeyli azalsa da, son iki ildə bunun əksi müşahidə olunmaqdadır.

134 min və 256 min manat məbləğində...

Yeni möhtəşəm uduşlar isə sizi gözləyir

Ənənəvi olaraq yay mövsümündə lotereya bazarında aktivlik xeyli azalsa da, son iki ildə bunun əksi müşahidə olunmaqdadır. Ötən yayda olduğu kimi, cari ilin iyun ayında da istehlakçılar lotereya oyunlarında həvəslə iştirak edirlər və dalbadal iri uduşlar qeydə alınmaqdadır. Bu aktivliyi çoxlu səbəblərlə izah etmək olar. Zənnimizcə, ötən yay bu aktivlikdə Birinci Avropa Oyunlarının formalaşdırdığı psixoloji atmosferin rolu az olmamışdı və cari ildə Formula-1 tədbirlərinin ölkədə, xüsusən də Bakıda formalaşdırdığı unudulmaz yarış atmosferi də öz təsirini göstərmişdir.

Heç kəsə sirr deyil ki, lotereyalara həvəs göstərən istehlakçılar yarışa, risqə, mərcə daha meylli olan insanlardır. Lotereya iştirakçılarının sayında müşahidə olunan artımın daha bir səbəbi isə istehlakçıların lotereyalarda iştirak imkanlarının genişlənməsi ilə bağlıdır. Yay mövsümündə səyahətlərə, müxtəlif istirahət məkanlarına gedən çoxsaylı insanlar lotereyalarda iştirak etmək imkanlarını itirirdilər. "Azərlotereya" ASC www.azerlotereya.com saytı və "LotoKart"lar vasitəsi ilə bu maneəni aradan qaldırdı. Artıq "LotoKart" əldə edən istehlakçı harada olmasından asılı olmayaraq istədiyi tirajda iştirak edə bilər.

Nəticə isə göz qabağındadır. Belə ki, son bir neçə həftə ərzində lotereyalarda, yüzminlərlə irili xırdalı uduşlar bir yana, yalnız 5 iştirakçı tərəfindən udulan dörd iri uduşun məbləği 472 min 100 manatdır. Özü də bu uduş marafonu "Binqo" lotereyasının 13 iyun tarixli tirajında sıradan bir uduşla başlandı. 011116 №-li lotereya bileti sahibi 19 min manat məbləğində "Cek Pot"u uddu və ilk "gözləyən" olduğu üçün aldığı 20 manat mükafatla birgə 19 min 20 manat qazandı. Lakin 19 min 20 manat məbləğində uduş, sanki katalizator rolunu oynadı. Lotereya iştirakçılarının sayı əhəmiyyətli dərəcədə artmağa başladı. Növbəti iri uduş özünü çox gözlətmədi: "6/40" lotereyasının 18 iyun tarixli tirajında 62 min 910 manat məbləğində uduş qeydə alındı. Biz 051917 №-li bilet sahibi haqqında deyə bilərik ki, bəxtəvər həmvətənimizin intuisiyası özünü tam doğrultdu və ona 62 min 910 manat qazandırdı.

Bu uduş öz növbəsində, intellektual lotereyalar arasında ənənəvi uduş yarışının yeni fazasını başladı. İntellektual lotereya həvəskarları "5/36" lotereyasının 100 min manatdan çox olan "Cek Pot"u uğrunda mübarizəyə qoşuldular. İki həftə ərzində "5/36" lotereyasının "Cek Pot"u 6 dəfə "tükdən asılı qaldı" və nəhayət, "5/36" lotereyasının 9 iyul tarixli şənbə tirajında birdən birə iki iştirakçınıın həmləsi 134 min 300 manat məbləğində "Cek Pot"un uduşu ilə nəticələndi. 052478 №-li və 104685 №-li lotereya biletlərinin sahibləri hərəyə 67 min 150 manat qazandılar.

Razılaşarsınız ki, 134 min 300 manat çox sanballı bir məbləğdir. Lakin hazırda lotereyasevərlərin əsas müzakirə mövzusu "Klassik Loto" lotereyasının 29 iyun tarixli tirajı oldu. Həmin tirajda 256 min manat məbləğində möhtəşəm "Meqa Pot" uduşu qeydə alındı. Lotereya bazarında oynanılan ən böyük uduş - 256 min manat 009975 №-li bilet sahibi olan həmvətənimiz tərəfindən uduldu.

"Azərlotereya"nın keçirdiyi lotereyalarda kifayət qədər iri uduş qeydə alınıb. "6/40"lotereyasının 2013-cü il 16 sentyabr tirajını xatırlatmaq kifayətdir. Həmin axşam 439 min 135 manat məbləğində "Cek Pot" udulmuşdu və Azərbaycan lotereya oyunları tarixində udulan ən böyük məbləğ idi. 2014-cü il iyun ayında uduşlardan birinin məbləği sürətlə rekorda yaxınlaşsa da, həmin ayın 24-də iştirakçılarından biri, öz möhtəşəm uduşu ilə buna imkan vermədi. Həmin axşam qalibimiz 409 min 295 manat məbləğində "Cek Pot"u uddu. Lakin bu uduşlar intellektual lotereyalarda qeydə alınmışdı. Həftəlik lotereyalara gəldikdə isə, bildiyiniz kimi, keçən ilin sonlarına yaxın, "Super Loto" lotereyasında 196 min 20 manat məbləğində uduş qeydə alınmışdı. 256 min 20 manat məbləğində uduş isə ölkə lotereya bazarında həftəlik lotereyalarda udulan ən böyük uduş kimi tarixə düşdü.

Qaliblər uduş sevincini yaşamaqda, yeni uduşlar isə öz sahiblərini gözləməkdədir. Ötən ay iştirakçıya 62 min 910 manat məbləğində uduş bəxş edən "6/40"-ın yeni "Cek Pot"u qısa vaxt ərzində 40 min manatı haqlamaqdadır. Bir həftə öncə 134 min 300 manat məbləğində uduşla iki həmvətənimizə sevinc yaşadan "5/36" lotereyası isə iştirakçıları yeni 10 min manat məbləğində "Cek Pot"la gözləyir.

İştirakçılara 196 min 20 manat və 256 min manat məbləğində "Meqa Pot" uduşlarını bəxş edən "Super Loto" və "Klassik Loto" lotereyaları öz sadiq iştirakçılarını yenə də kifayət qədər sanballı uduşlarla gözləyir. Belə ki, çoxsaylı irili xırdalı uduşlarla yanaşı, hazırda "Klassik Loto" lotereyası iştirakçılara 17 min manat məbləğində yeni "Meqa Pot" və 55 min manat məbləğində "Cek Pot", "Super Loto" lotereyası isə 48 min manat məbləğində "Meqa Pot" və 50 min manat məbləğində "Cek Pot" təklif edirlər. Hesab edirik ki, bu təklifləri ciddi dəyərləndirmək lazımdır. "Binqo" lotereyasına gəldikdə isə, bu lotereya qarşıdan gələn bazar ertəsi, 25 iyul axşam saat 19.30-da lotoreya həvəskarlarını ümumi həcmi yarım milyona- 500 min manata yaxın olan "Cek Pot", "Fortuna", "Meqa Pot", "Binqo" və "Super Binqo" uduşları ilə gözləyəcək. Oynayın və qalib olun...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00