Qırğızıstandakı diaspor rəhbəri təkzib edir

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovla Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov arasında müəyyən problemlərin yaşandığı barədə bəzi elektron portallar və saytlarda yazılar dərc edilir.

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovla Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov arasında müəyyən problemlərin yaşandığı barədə bəzi elektron portallar və saytlarda yazılar dərc edilir. Məsələ ilə bağlı fikirlərini "OLAYLAR"-a bildirən Nüsrət Məmmədov bəzi saytlarda bu qəbildən yazıların dərc edilməsinin doğru olmadığını diqqətə çatdırıb: "Bəzi saytlarda mənimlə Azərbaycanın Qırğızıstandakı səfiri haqqında tənqidi yazılar tirajlanır. Yazıların birində qeyd edilir ki, :"Nüsrət Məmmədov Qırğızıstanda Heydərizmin zərərli təbliğatına həsr edilən 5-6 kitab da daxil olmaqla, Azərbaycan tarixinə, siyasi, hərbi problemlərinə aid 60-dan çox kitabı öz vəsaiti ilə qırğız, rus və ingilis dillərinə tərcümə və çap etdirib, Qırğızıstanda kitabxanalara, orta və ali məktəblərə paylayıb". Bunlar özündə həqiqəti əks etdirməyən məlumatlardır. Belə ki rəhbəri olduğum fondun maliyyə dəstəyi ilə Qırğızıstanda Ulu Öndərimizin irsinin təbliği çərçivəsində 10-dan çox kitabı müxtəlif dillərə tərcümə, nəşr etdirib pulsuz yaymışıq". Nüsrət Məmmədov deyib ki, Ulu Öndərimizin irsinin, Azərbaycanın tarixinin. Prezidentimizin apardığı siyasətin təbliğini müqəddəs hesab edir: " Qırğızstanda Heydərizmin zərərli təbliğatına həsr edilən 5-6 kitab da daxil olmaqla" fikri gördüyümüz işlərə kölgə salır. Belə yazıların mətbuata yol açması heç də xoşa gələn deyil. Mən Qırğızıstanda yaşayan bir azərbaycanlı kimi həmişə Azərbaycan dövlətinin, xalqının, onun Prezidentinin yanında olaraq dövlətimizi, Prezidentimizin apardığı daxili və xarici siyasəti təbliğ edən bir adamam. Bu günə kimi 85-dən çox kitabı müxtəlif dillərə tərcümə, nəşr etdirib pulsuz yaymışam". Nüsrət Məmmədov özünün Azərbaycanın müxalifət partiyaları, eləcə də bu düşərgənin fəal siyasiləri ilə əlaqələrinin olması barədə yayılan fikirlərə də aydınlıq gətirib. Fond rəhbəri qeyd edib ki, heç bir müxalifət mətbuatı ilə, müxalifətçi ilə əlaqəsi yoxdur: "Ona görə də istəmirəm ki, mənim adım xoşagəlməyən yazılarda hallanaraq gördüyümüz işlərə kölgə salınsın. Əlbəttə, belə yazılar təkcə müxalifət tərəfindən yox, bizi istəməyən qüvvələr tərəfindən də sifarişlə yazdırılır. Haqqımda nə istəsələr yaza və yazdıra bilərlər, amma özümün müqəddəs sayaraq gördüyüm işlərə kölgə salınmasına əsla razı ola bilmərəm. Ona görə də bütün mətbuat rəhbərlərinə səslənirəm. Haqqımda yazılan, özümün müqəddəs sayaraq gördüyüm, Ulu Öndərimizin irsinin, Azərbaycanın tarixinin. Prezidentimizin apardığı siyasətin təbliği haqqında tənqidi yazıların tirajlanmasına yol verməyin. Faktlar səhvi bağışlamır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00