Putin və Ruhaninin Bakıya səfərindən ciddi gözləntilər var

Həm Rusiya həm də İran regionda ciddi söz sahibi olan ölkələrdir. Odur ki, hər iki ölkə rəhbərinin Bakıya səfərindən ciddi gözləntilər var”.

Həm Rusiya həm də İran regionda ciddi söz sahibi olan ölkələrdir. Odur ki, hər iki ölkə rəhbərinin Bakıya səfərindən ciddi gözləntilər var". Bu fikirləri "OLAYLAR"-a politoloq Cəbrayıl Fərzəliyev səsləndirib. O, bildirib ki, ən əsası Qarabağ probleminin həlli istiqamətində önəmli gelişmələrin cərəyan etdiyi bir vaxtda Putin və Ruhaninin səfərinin problemin həllinə önəmli töhfələr verəcəyini proqnozlaşdırmaq olar: "Hesab edirəm ki, görüşdə əsas yeri iqtisadi məsələ tutacaq. Hər üç ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, yeni iqtisadi imkanların yaradılması əsas prioritet məsələlərdəndir. "Şimal-cənub dəhlizi" və Xəzərin statusu əsas müzakirə predmentlərindən olacaq". Politoloq deyib ki, Bakıda keçiriləcək görüşlərdə Xəzərin statusu ilə bağlı müsbət həllə nail olmaq olar və bu da qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00